Oktyabrın 15-də Bakının Xudafərin Şadlıq Sarayında Borçalı İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Cəmiyyətin ağsaqqalı, tanınmış folklorşünas alim Elxan Məmmədlinin 70 illiyi münasibətilə, habelə Borçalı Cəmiyyətinin yubiley yaşını yaşayan üzvləri -Telman Əliyev, Hacan Hacısoy, Hüseyn Yadigarov, Nəsib Nəsibli, İslam Məmmədov, Əsəd Təhləli, Ramiz Bəkirov, Firudin Qurbanov, Qiya Pasxataşvili, Akif Əliyev, Sənəm Səbayel, Şahbaz Musayevin möhtəşəm yubiley mərasimi keçirildi. Mərasimi giriş sözü ilə açan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli yubilyarları təbrik edərək Cəmiyyətin dəyərlərə hər zaman sahib çıxdığını və bu ənənənin bundan sonra da davam edəcəyini qeyd etdi. Sonra tədbirin aparıcısı şair Elbəyi Cəlaloğlu çıxış edərək tədbirin səbəbkarı Elxan Məmmədlini səhnəyə dəvət etdi. E. Məmmədli də qısa nitqində mərasimin tşkildə əməyi olanlara və bütün iştirakçılara təşəkkürünü bildirdi. Yubilyarlara Borçalı Cəmiyyəti tərəfindən təsis olunan xüsusi plaketlərin təqdim olunmasından sonra tanınmış elm xadimləri akademik Ramiz Məmmədov,professor Tapdıq Həsənov, Əli Şamil, Seyfəddin Altaylı, şairlər Osman Əhmədoğlu, Abbas Abdulla, Oqtay Rza ,Qüdrət Kazımova, Güllü Eldar, Qəzənfər Məsimoğlu, Borçalı Cəmiyyətinin üzvləri Əmirxan Babaşov, Qiymət Məhərrəmli, Axiska Türkləri adından İbrahim Bürhanov, bədii qiraət istası Eldost Bayram, eləcə də aşıqlar Cahangir Quliyev, Altay Məmmədov, Tərmeyxan Borçalı, Şuşa Muğam Qrupu, Pərvanə Zəngəzurlunun başçılığı ilə Aşıq Pəri qızlar qrupu, Kənan Gülməmmədov və başqalarının olduqca anlamlı və yaddaqalan çıxışları oldu. Tədbirin sonunda yekun nitqi ilə çıxış edən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli mərasimin Dövlət Müstəqilliyi Günümüz ərəfəsində keçirilməsinə işarə edərək bir daha yubilyarları təbrik etdi və bu günün hər il yubilyarlar günü kimi keçirilməsilə bağlı mərasim iştirakçılarına söz verdi. Möhtəşəm keçən yubiley mərasimi xoş ovqatla sona çatdı.
Borçalı İctimai Cəmiyyəti