hemle

İRƏVANI AZƏRBAYCAN GERİ TƏLƏB EDƏ BİLƏRMİ?

Tarix:2-11-2018, 17:34
Baxış Sayı:510

Azərbaycan Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı ilə Ermənistan dövlətinin yaradılması üçün siyasi mərkəz olaraq Azərbaycan ərazisi kimi beynəlxalq hüquqda tanınan İrəvanı güzəştə getməli olmuşdur.

Osmanlı, Amerika, Rusiya, Almaniya və Britaniyanın Batum konfransında Azərbaycana edilən təyziqlər və müstəqilliyimizin tanınmayacağı ilə bağlı şantajları İrəvanın ərazi olaraq itirilməsinə səbəb oldu. İmzalanmış müqaviləyə əsasən, Ermənistanın ərazisi 9 min kv. km, əhalisi 326 min nəfər təşkil edirdi. Ermənistan ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid), İrəvan quberniyasının 3/5 hissəsi, Üçmiədzinin bir hissəsi, İsgəndərunun bir hissəsini əhatə etməklə, əhalisinin 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürd və 11 min digər millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan bütün ermənilərin 1/9 hissəsini özündə birləşdirirdi. Lakin sənədlərdə İrəvan siyasi Mərkəz kimi Ermənistan dövlətinə yox Ermənistan Federasiyası olacaq gələcək bir dövlətə verilmişdir.

Danışıqlar zamanı İrəvan o şərtlə güzəşt edilir ki, Ermənistan Respublikası ərazisində yaşayan müsəlman əhalisinin dininə, adət-ənənələrinə hörmət ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı eyni hüquqa malik olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər. Eyni zamanda Ermənistan Respublikası öz əraziləri daxilində heç bir qanunsuz silahlı dəstələrin formalaşmasına imkan verməyəcək və bu ərazilərdən qonşu dövlətlərin ərazisinə qanunsuz silah keçirilməsinin qarşısını alacaq. Və Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.

Lakin yuxarıda qeyd etdiyim maddələrə nəzər salsaq görərik ki, Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə ermənilərin üzərinə götürdükləri öhdəlikləri özləri də, pozmuşlar. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond 276, siyahı 9, iş 1, vərəq 47-də yazılır “Ermənistan dövlətinin ərazisi Azərbaycan torpaqları hesabına 20 min kvadrat kilomet artaraq 29. 7 min kavdrat kilometrə çatdı.

Beynəlxalq hüquq nöqteyi nəzərindən məsələyə baxsaq bu gün Azərbaycan İrəvanı rəsmən tələb edə bilməz. Çünki BMT, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən İrəvan Ermənistanın ərazi vahidi kimi qəbul edilib.

Bütün rəsmi danışıqlarda da, İrəvan Ermənistanın paytaxt şəhəri kimi göstərilir.

Ancaq burda 1918-ci ildə bağlanmış müqavilə var ki, ona görə də, Ermənistan həmin müqavilənin şərtlərinə əməl etməlidir. Etməyəcəyi təqdirdə Azərbaycanda hüquqa müraciət edə bilər.
İRƏVANI AZƏRBAYCAN GERİ TƏLƏB EDƏ BİLƏRMİ?
Bunun üçün nə etmək lazımdır:
1) Müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Cümhuriyyətinin hüquqi varisi kimi Ana Yasaya bənd əlavə etməlidir.

2) Azərbaycan Milli Məclisi Milli Şuranın 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarını ləğv etməklə bağlı məsələ qaldıra bilər. Milli Məclis beynəlxalq hüquq normalarından yararlanaraq Parlamentin çıxardığı qərarı hüquqi varis olaraq ləğv edə bilər.

3) Bütün rəsmi yazışmalar və sənədlərdə İrəvanın Ermənistan paytaxtı olaraq yazılmasını yığışdırmaq olar.

4) Bundan sonra Azərbaycan tərəfi Azərbaycan Respublikasında mövcud olan Qanunvericiliyə əsasən, ölkə ərazisində xarici hüququ və fiziki şəxslərə torpaq sahələrinin satılmasına icazə verilmir. Torpaq sahələri qarşılıqlıq prinsipi əsasında xarici hüququ və fiziki şəxslərə 99 ilə qədər icarəyə verilə bilər. Buna görədə Ermənistan bu hüquqdan yararlanaraq rəsmi Azərbaycana müraciət edib müqavilənin müddətin uzadılmasın xahiş edə bilər. Çünki Ermənistan xarici hüququ şəxs olaraq Azərbaycanın hüquqla tanınan torpaqlarında daimi sahibkarlıq əldə edə bilməz.

Düzdür, dünya Ermənistanın ərazisini tanıyıb. Mövcud dünya xəritəsi qəbul edilib. Amma dünya həqiqətləri də, bilməlidir. Belə münasibət bizə qarşı da, formalaşmalıdır. Biz kimdənsə torpaq istəmiriksə, bizdən alınmış torpaqlar da, geri qaytarılmalıdır. Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi. Biz də, bundan yararlana bilərik. Məsələyə bu tərəfdən baxanda, İrəvanın geri qaytarılması o qədər də, real görünmür. Amma hüquqi baxımdan bizim beynəlxalq təşkilatlara müraciət etməyimiz mütləq lazımdır. Ən azı, təbliğat xarakterli kampaniya aparmaq olar. Ermənilərin işğalçı olduqları və bu işğallarla Azərbaycan ərazilərində özlərinə dövlət qurduqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün bu lazımdır.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı