hemle

Ermənistan ordusunun zabiti xərçəng xəstəsi olan əsgəri döyərək öldürüb

Tarix:26-11-2016, 21:48
Baxış Sayı:526

hemlemedia.az saytı Herbiand.az saytına istinadən bildiri ki, Vanadzor sakini Xaçik Barseqyan həqiqi hərbi xidmətdə olduğu zaman komandir tərəfindən döyüldükdən sonra vəfat edib. Bu barədə “Epress.am” xəbər verir.
2014-cü ilin sonlarında X.Barseqyan həqiqi hərbi xidmətdən qayıdıb, 2016-cı il mart ayının 27-də ayağındakı bədxassəli şişdən vəfat edib.
Ölən gəncin anası Sonik Qazaryanın sözlərinə görə, onun oğlu hərbi xidmətdə olduğu zaman ayağındakı ağrılara şikayət edirdi və axsayardı.
O qeyd edib ki, ondan oğlunu xidmədən azad etmək üçün 4 min ABŞ dolları tələb ediblər.
S.Qazaryan bildirib ki, oğlu xidmətdən sonra etiraf edib ki, onu batalyon komandiri Viqen Mkrtçyan döyüb. Qadın hərbi komissarlığa şikayət edib, lakin komandir bunu inkar edib və dəlillərin olmadığını deyib.
2015-ci ilin aprel ayında Barseqyanın vəziyyəti kəskin pisləşib, onu Moskvaya aparıblar, orada ona son mərhələ bədxassəli şiş diaqnozu qoyulub.
X.Barseqyan Ermənistana qayıdıb, onun ayağı amputasiya olunub, lakin mart ayında o vəfat edib.
S.Qazaryanın sözlərinə görə, oğlu xəstə olarkən, onu əsgər yoldaşları ziyarət edib və X.Barseqyanın komandir tərəfindən döyüldüyünü təsdiq ediblər.

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam