hemle

Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan

Tarix:Dünən, 22:06
Baxış Sayı:490



Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, ATƏT-in Minsk Qrupu İrəvanla Bakı arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər.

O, bu barədə Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə zamanı bildirib.

Müzakirə zamanı Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsi imzalanması yolunda iki maneə olduğunu bildirib. O, ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyini bir daha vurğulayıb.

Öz növbəsində, Mirzoyan ATƏT-in Minsk qrupunun formatı ilə bağlı İrəvanın mövqeyini açıqlayıb.

"Münaqişə yoxdur, amma kağız üzərində razılaşma yoxdur. Həll yolu bizə bəllidir. Biz saziş imzalamalıyıq, elə həmin gün də Minsk strukturunu ləğv etməliyik", - Mirzoyan vurğulayıb.

Yada salaq ki, Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün yaradılıb.

Bu ilin martında Bakı və İrəvan sülh sazişinin mətni üzrə müzakirələri başa çatdırıblar. Ermənistan Azərbaycanın son olaraq iki bənd üzrə təkliflərini də qəbul edib. İndi İrəvan öz konstitusiyasına dəyişiklik etməlidir.

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam