İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinin mətnində ermənilərin və azərbaycanlıların SSRİ-nin dağılmasından əvvəl yaşadıqları yerlərə qarşılıqlı qayıtması haqqında bənd yoxdur.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komitəsində deyib.
Onun sözlərinə görə, mətndə həmçinin Azərbaycanın Naxçıvanla əlaqə saxlamaq üçün daim israr etdiyi hər hansı “dəhliz” – ekstraterritorial marşrutla bağlı heç bir müddəa yoxdur.
Mirzoyanın bildirib ki, Ermənistan Azərbaycana sülh müqaviləsinin imzalanma vaxtını və yerini müəyyən etmək üçün təcili məsləhətləşmələrə başlamağı təklif edir.
Nazir təbii hesab edir ki, sazişin imzalanması özlüyündə bütün problemləri aradan qaldırmır. Qarşıda münasibətlərin normallaşdırılması üçün gərgin iş var.
ATƏT-in Minsk Qrupunun buraxılmasının mümkünlüyünə toxunan Mirzoyan qeyd edib ki, saziş imzalandıqdan sonra münaqişənin institusional baxımdan bitdiyini nəzərdən keçirmək, sonra isə vasitəçilik formatına ehtiyac olmadığını bəyan etmək mümkün olacaq.
Martın 13-də məlum olub ki, İrəvan və Bakı sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar.