Avro-Atlantik birlik bütün səylərini yeni müharibəyə hazırlaşmağa yönəldib.
Bunu Antalya Diplomatik Forumunda çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Bu Avro-Atlantik icmanın bütün səyləri yeni müharibəyə hazırlaşmaq üzərində cəmlənib", - nazir vurğulayıb. Onun sözlərinə görə, bu prosesə Almaniya, Fransa və Böyük Britaniya rəhbərlik edir.
Lavrov NATO haqqında da danışaraq, alyansın özünün ən böyük düşməni olduğunu qeyd edib.