hemle

Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı

Tarix:Dünən, 22:02
Baxış Sayı:399



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və Venesuela arasında mövcud əməkdaşlıq gündəliyinin müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi istiqamətləri üzrə irəlilədilmə imkanları, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq fəaliyyəti, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Venesuela arasında münasibətləri xarakterizə edən möhkəmlənən siyasi əlaqələri və qarşılıqlı hörməti bir daha təsdiqləyiblər. Davamlı siyasi dialoq və yüksək səviyyəli səfərlərin mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Nazirlər müxtəlif sahələrdə, xüsusən də iqtisadi və enerji, turizm sektorlarında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, həmçinin elm və mədəniyyət sahələrində potensial təşəbbüsləri, o cümlədən akademik və peşəkar mübadilə proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, çoxtərəfli platformalarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam