hemle

Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyəti “Qarabağ” beynəlxalq mükafatını təqdim edib

Tarix:21-11-2016, 18:19
Baxış Sayı:1 152

Bu gün Azərbaycan Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusisyyətləri” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları öncə Ümumilli lider Heydər Əliyevin Tərtər rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Toplantını giriş sözü Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq rəhbərlik etdiyi rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat verib. M.Məmmədov ölkənin ümumi iqtisadi inkişafının rayonun həyatına da müsbət təsir göstərdiyini konkret faktlarla əsaslandırıb. Müharibə təhlükəsinin hər zaman aktual olduğunu vurğulayan icra başçısı əlavə edib ki, cəbhəyanı bölgə olan Tərtərdə böyük ruh yüksəkliyi və qələbəyə dərin inam hissi var. M.Məmmədov fikrini əsaslandırmaq üçün bu ilin aprel ayının 1-dən 5-dək olan dövrdə cəbhə xəttində yaranmış gərginliyin rayona təsirini əks etdirən məqamlardan söz açıb. O bildirib ki, həmin müddətdə Tərtərin hər bir sakini yüksək əzmlə cəbhəyə dəstəyini göstərdi, bir an belə emosiyaya qapılmadı, təşvişə düşmədi. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasətə dərin inamın nəticəsi idi. İcra başçısı həmçinin cəmiyyətdə ruh yüksəkliyinin yaradılmasında medianın oynadığı roldan söz açaraq deyib ki, müasir texnologiyalarının inkişaf etdyi hazırkı dövrdə informasiya son dərəcə müstəsna əhəmiyyət daşımaqdadır. Tərtər Rayon İcra Hakimiyyəti mövcud amili hər zaman nəzərə alır, Azərbaycan Mətbuat Şurası ilə birgə layihəsinə əsasən hərbi-vətənpərvərlik mövzusunda yayımlanmış materialları nəzərdə keçirib. Mövzunun təqdimatında fərqlənən KİV-ləri Tərtər Rayon İcra Hakimiyyətinin Mətbuat Şurası ilə birgə təsis etdiyi “Qarabağ” beynəlxalq mükafatı təltif etməyi nəzərdə tutub.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu ilin aprelində cəbhə xəttində gərginliyin yarandığı dövrdə Tərtərin də hadisələrin episentrində dayandığını vurğulayıb. Deputat həmin müddətdə rayon rəhbərliyi ilə müntəzəm əlaqədə olduğunu və bölgədəki ruh yüksəkliyindən fəxarət hissi keçirdiyini diqqətə çatdırıb. “Azərbaycan mediası da “aprel müharibəsi” zamanı kifayət qədər ardıcıl və peşəkar fəaliyyət göstərdi. Medianın təqdim etdiyi materiallar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Əlbəttə, mövcud sahədə müəyyən nöqsanlar da qeydə alındı. Bununla belə kütləvi informasiya vasitələrinin işini yüksək qiymətləndirmək olar. Biz həmin vaxt Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla söhbətlərimiz oldu. Medianın cəmiyyət həyatındakı, xüsusən də hərbi-vətənpərvərlik təbliğatındakı rolunu nəzərə alaraq belə qərara aldıq ki, beynəlxalq miqyaslı “Qarabağ” mükafatı təsis edək. Əlbəttə, hələlik bu mükafatın yerli qaliblərini mükafatlandıracağıq. Mükafatlandırılma zamanı hərbi-vətənpərvərlik mövzusuna və Tərtər rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasına ən çox önəm verən KİV-lər nəzərə alınıb. Gələn ildən başlayaraq biz Qarabağla bağlı xarici media vasitələrində yer almış ən yaxşı məqalələrin müəlliflərini də mükafatlandırmağı nəzərdə tuturuq. Hesab edirik ki, bu yolla Dağlıq Qarabağ həqiqətlərinin təbliğinə daha çox yer vermiş olarıq”, -deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib. Bundan sonra hərbi-vətənpərvərlik mövzusunun təqdimatında fərqlənmiş və Tərtər rayonu ilə bağlı ən yaxşı materialları təqdim etmiş 8 KİV – “Azərbaycan”, “İki sahil”, “Yeni Azərbaycan”, “525-ci qəzet”, “Xalq qəzeti”, “Respublika”, “Bakı xəbər” və “Xalq cəbhəsi” qəzetləri “Qarabağ” beynəlxalq mükafatına layiq görülüb.

Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin Tərtər rayonundan seçilmiş deputatı Sahib Alıyev, MŞ İdarə Heyətinin üzvləri – “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, şair-publisist Zabil Zeynalov və başqaları hərbi-vətənpərvərlik təbliğatının vacibliyini əsaslandıraraq bildiriblər ki, cəbhəyanı bölgə olan Tərtərdə məsələyə həssas yanaşılması olduqca vacibdir. “Qarabağ” beynəlxalq mükafatının təsis edilməsi isə təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin deyil, ümumən bölgənin tarixi və perspektiv imkanlarının təbliği kontekstində mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, konfransda iştirak edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və KİV rəhbərləri cəbhənin Tərtər rayonunun Talış kəndi istiqamətindəki təmas xəttinə baş çəkərək əsgərlərimizlə görüşüblər.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan