hemle

Vəlizadə Urfan Üzeyir oğlu - Mayor, Milli Ordunun zabiti, Dördgünlük müharibədə vurulan Mİ-24 helikopterinin pilotu.

Tarix:29-10-2016, 22:29
Baxış Sayı:2 109

Aprel döyüşlərinin daha bir şəhidi...

Vəlizadə Urfan Üzeyir oğlu - Mayor, Milli Ordunun zabiti, Dördgünlük müharibədə vurulan Mİ-24 helikopterinin pilotu.

O, 1978-ci il noyabrın 1-də Bakıda dünyaya gəlib. Məktəbi bitirən kimi Türk Hava Hərb Məktəbinə daxil olur. 5 il orda təhsil aldıqdan sonra 2001-ci ildə Azərbaycanda xidmətə başlayır.

Ali təhsilini bir sıra xarici ölkələrdə alan Urfan Vəlizadə 25 il hərbi pilot kimi çalışıb.

Mehriban ailəsi olub. Urfan Vəlizadə 26 iyun 2006-cı ildə Milli Ordunun yaranması, həm də Könülün (sinif yoldaşı olmuş) doğum günündə evlənir. Bu evlilikdən Zehra və Betül adında iki qızı var. Ötən ayın 23-də Zehranın 8, 14-də Betülün 1 yaşı tamam olub.

Urfanın atası Gəncəli, anası Ağdamlıdır. Qarabağ müharibəsi zamanı yeniyetmə yaşında olan Urfanın ailəsi həm ana, həm də ata tərəfindən şəhidlər verib. Ailənin növbəti şəhidi də 38 yaşlı Urfan oldu...

Aprelin 2-də Füzuli istiqamətində ikinci dəfə havaya qalxan Mİ-24 vertolyotu vurulur. Vurulan zaman bortda 3 pilot olub: mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və Əbubəkir İsmayılov.

Urfan Vəlizadə bu il hərbidən təqaüdə çıxmalıymış.


Mayorlar - Təbriz Musazadə və Urfan Vəlizadə yaxın dost və qohum olublar. həmişə birgə olan dostlar birgə də getdilər dünyadan...


Könül xanımın xatırladıqları:

"2014-ün yayında Urfangilə ölkədən çıxmağa icazə verdilər. Urfan bizi Türkiyəyə apardı. Ordan qayıdanda Gürcüstanda bizi Təbriz qarşıladı. Təbriz Urfanı yaman çox istəyərdi. “O mənim kumirimdi”, deyərdi. Bizi apardı Dmanisiyə, baba yurduna. Orda mən onun əmisi qızını gördüm. Çox xoşuma gəldi. Mənim də qardaşım subay idi. Gəldim evdə dedim. Onlar da bəyəndilər, qohum olduq. Qohum olmamışdan da əvvəl Təbriz bizə gəlib-gedirdi. Urfan kənardan acıqlı görünürdü. Təbriz danışırdı ki, Türkiyədən təzə gələndə, öz-özünə deyirmiş, necə qaraqabaqdı?! Zaman keçdikcə, bir-birini tanıdıqca, dost oldular. Gözləyirdi Urfan təqaüdə çıxsın. Deyirdi, Urfanın bütün paltarlarını mənə verərsən, mən geyinəcəm".

"Mehriban ata, gözəl həyat yoldaşı olub Urfan. Kimsənin xətrinə dəyməzdi, incitməzdi. Uşaqlarını vətənpərvər böyüdürdü. “Çanaqqala” türküsü, “Qarabağ” şikəstəsini dinlədərdi. Çox danışmazdı, susub otursa, bəs edirdi. Həmişə çalışırdı ki, məni sevindirsin" - şəhidin xanımı.

Urfan Vəlizadə 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.

Azadə Bayramova

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan