hemle

ALEKSANDR DUQIN: "RUSIYA AZƏRBAYCANA QARŞI DAHA ERMƏNISTANIN ALƏTI OLMAYACAQ"

Tarix:2-11-2018, 17:30
Baxış Sayı:435

Rusiya politoloqu, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin hesab edir ki, Ermənistanın yeni hakimiyyəti Qarabağ münaqişəsinin nizama salınması prosesini ATƏT-in Minsk qrupu həmsədrlərinin keçmiş prezident Cerj Sarkisyanın əvvəlki hökuməti ilə razılaşdırdığı şərtlərlə davam etdirəcək.
O vaxt əldə olunmuş və əvvəlcə işğal edilmiş beş, perspektivdə isə yeddi rayonun azad olunmasını nəzərdə tutan razılığı, politoloq "Qarabağ münaqişəsinin blokdan çıxarılmasında başlanğıc üçün çox vacib məqam" adlandırır.
Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra nizamasalma prosesində yaranmış vəziyyəti virtualaz.org-a şərh edərkən Duqin bildirib ki, ölkənin yeni lideri əvvəlcə, faktiki olaraq, bu razılıqlara riayət etməkdən imtina etdi. Amma indi, praqmatik düşüncələrin təsiri altında və bəlkə də bu məsələyə daha məsuliyyətli yanaşma səbəbindən Paşinyan bu istiqamətdə danışıqlar prosesini davam etdirməyə meyillidir.
"Danışıq prosesində axsama hər şeydən əvvəl Ermənistandakı bir çox daxili problemə görə baş verdi. Ancaq Qarabağ münaqişəsinin nizama salınması prosesinin tamamilə pozulduğunu güman etmək üçün heç bir əsas yoxdur", - o deyib.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz regionuna səfərinə isə Rusiya eksperti kifayət qədər spektik yanaşır.
"ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında qətiyyən maraqlı deyil. Əksinə, gərginliyin eskalasiyası anti-İran siyasəti kontekstində onlara sərfəlidir. Qarabağın nizama salınması üzrə konstruktiv dialoqa qayıdılmasında bu münaqişənin bilavasitə toxunduğu ölkələrin iştirakı vacibdir. Bunlar Rusiya, Türkiyə və İrandır”, - deyə A.Duqin vurğulayıb.
Bununla birlikdə politoloq qeyd edib ki, Ermənistanda indi güclü siyasi qeyri-sabitlik yaşanır. Və əgər hakimiyyət dəyişikliyi ilə bağlı hadisələr baş verməsəydi, çox əhəmiyyətli nəticələrə nail olunardı. Əvvəlki mərhələdə tərəflər münaqişənin sülhlə həllinin yol xəritəsini faktiki olaraq razılaşdırmışdılar.
"Bəli, Ermənistan Rusiyanın strateji partnyoru olaraq qalır, amma bu o demək deyil ki, Yerevan Moskva ilə manipulyasiya etmək cəhdlərinə təşəbbüs göstərə bilər. Rusiya ilə əməkdaşlıqdan Azərbaycana qarşı istifadə etmək olmaz. Rusiya Bakı ilə qarşıdurmada Ermənistanın əlində alət olmayacaq. İndi Rusiya Federasiyası Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirir. Erməni-Rusiya münasibətləri heç vaxt anti-Azərbaycan olmayıb. Moskva həmişə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb. Biz Ermənistanla müttəfiqlərik, amma bu müttəfiqlik Azərbaycana qarşı yönəlməyib. Və Azərbaycanla Rusiya Federasiyasının yaxınlaşması heç cür Ermənistanla münasibətlərdən asılı deyil", - A.Duqin əmindir.
Politoloqun sözlərinə görə, Qarabağ münaqişəsinin nizama salınması qarşılıqlı məqbul şərtlərə əsaslanmalıdır. Danışıqlarda Ermənistan Qarabağ əhalisinin erməni hissəsinin protektoru rolunda çıxış edir. "Bəs de-fakto və de-yure Azərbaycanın hissəsi kimi tanınan bu regionun Azərbaycan əhalisi hanı?", - Duqin soruşur.
“Bütün dostluq münasibətlərinə rəğmən, Rusiya etnik təmizləmələrə əsaslanan və heç kəsin tanımadığı monoetnik dövlət quruluşunu tanıya bilməz. Aydın məsələdir ki, Qarabağın erməni əhalisinin təhlükəsizliyi təmin edilməlidir, amma digər tərəfdən, o “əyrilik”, hansı ki, Azərbaycan əhalisinin tam qovulması nəticəsində yaranıb, tamamilə qəbuledilməzdir və bu vəziyyət mütləq dəyişdirilməlidir”,- politoloq qeyd edib.
"Amma bu mövqe də erməni tərəfinə qarşı yönəlməyib. Erməni-Rusiya və Azərbaycan-Rusiya münasibətlərinə Qarabağ münaqişəsi kontekstində baxmaq olmaz", - A. Duqin sonda bildirib.

Digər xəbərlər
17:21 Təhlükəsizlik baxımından bunları bilmək vacibdir
14:34 TƏBİB partlayışda xəsarət alanların son vəziyyətini açıqladı
14:31 ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək - Gizli silah
14:29 ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
14:25 Erməni nümayəndə BMT-də çıxılmaz vəziyyətdə qaldı, azərbaycanlılarla bağlı həqiqəti etiraf etdi
14:21 İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
08:49 Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib
08:46 "WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq