hemle

Lavrovdan Qarabağ açıqlaması: "Rusiya kömək edəcək" - Atəş.az

Tarix:5-02-2017, 20:53
Baxış Sayı:574

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avstriyanın “Profil” jurnalına müsahibəsində ATƏT-in bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinə kömək edəcəyinə ümid bəslədiyini bildirib. Nazir deyib: “Ümid edirik ki, ATƏT bundan sonra da Dnestryanıda, habelə Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına dair danışıqlar prosesində fəal iştirak edəcək. Bu, ötən il Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda xüsusilə vacibdir. Biz Cənubi Qafqazla bağlı Cenevrə müzakirələrinin konstruktiv şəkildə davam edəcəyinə də ümid bəsləyirik”.

Nazir hazırda ATƏT-ə sədrlik edən Avstriyanın təşkilatın əhatə etdiyi məkanda münaqişələrin həllinə daha çox diqqət yetirəcəyinə ümid ifadə edib. Onun fikrincə, bu, ilk növbədə, Ukrayna böhranına aiddir.

Sergey Lavrov vurğulayıb ki, Rusiya öz tərəfindən qarşıya qoyulan vəzifələrin uğurlu həllinə kömək edəcək.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar