hemle

“Artıq səbrim tükənib, bundan sonra olacaqlara cavabdeh deyiləm” – Dilqəmin oğlu - ATƏŞ.AZ

Tarix:1-02-2017, 12:49
Baxış Sayı:545

3 ilə yaxındır ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun səhhətində ciddi problem yaranıb.

Atəş.az Azerbaycan24.com -a istinadən bildirir ki, bu haqda onun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

K.Əsgərov bu barədə dövlət və qeyri-dövlət qurumlarına müraciət etdiyini bildirib:

“Amma heç bir nəticəsi yoxdur. Atam sonuncu məktubunda xəstə olduğunu bildirib. Atam yazb ki, ürəyində, başında və ayağında olan xəstəliklərə görə, hər gün ona 3 iynə vururlar”.

K.Əsgərovun sözlərinə görə, atasına vurulan iynələrin nə olduğunu bilmirlər, bəlkə də həmin dərmanlarla onun ömürünü qısaltmağa çalışırlar.

Girovun oğlu Qırmızı Xaç Komitəsinin fəaliyyətinin sıfıra bərabər olduğunu deyib:

“Bu necə beynəlxalq təşkilatdır ki, 3 ildir hansısa fəaliyyətə nail ola bilməyib?! Atamın 3 il girovluqda qalmasına, mənəvi və psixoloji təzyiqlərə məruz qalmasına göz yumurlar.

2 ildir Avropa Məhkəməsinə müraciət etmişik. İşə hələ də baxılır. İnsan haqları deyilən bir şey yoxdurmu?! Nəyə görə mənim atama günahsız yerə 86 il iş verilib?! Nədir mənim atamın günahı, vətənini sevməkmi?!

Mən bir daha Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət edərək, atamın girovluqdan azad edilməsi üçün kömək istəyirəm. Ümidim yalnız cənab Prezidentədir”.

K.Əsgərov bu açıqlaması ilə dünyaya mesaj verdiyini deyib: “Artıq mənim səbir kasam dolub, səbrim tükənib. Bundan sonra olacaqlara cavabdeh deyiləm. Mən atamı istəyirəm”.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevə “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
09:28 300 minə yaxın insanın Məkkəyə girişi QADAĞAN EDİLDİ
09:25 Pensiya yaşına görə G20 REKORDU MÜƏYYƏNLƏŞDİ
09:19 Azərbaycanda bu telekanalın yayımı dayandırıldı
09:16 Əhaliyə XƏBƏRDARLIQ: 1000 kilometr sürətlə YERƏ YAXINLAŞIR
09:12 Alça yedikdən sonra bunlara diqqət edin
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...