hemle

Arzu Qocayev: Prof. Dr Aygün Attarın mücadiləsi nəticə verdi - ATƏŞ.AZ

Tarix:19-01-2017, 12:10
Baxış Sayı:940

AZƏRBACANLININ TƏHQİR OLUNDUĞU FRAQMENT FİLMDƏN ÇIXARILDI

Bildiyiniz kimi Şahan Gökbakanın çəkdiyi “Recep İvedik5” filminin sonuncu fraqmentində 2 boksçu arasında keçirilən yarışda azərbaycanlı idmançıya qarşı çox kobud bir hərəkətə yol verilmiş və bu haqlı olaraq narazılıqlara səbəb olmuşdur. Buna ilk etiraz edən Giresun Universitetinin keçmiş rektoru, Prof. Dr. Aygün Attar olmuşdur. Aygün xanım istər Azərbaycandan, istərsə də Türkiyədən olan qınaqlara, birilərinin çox cılız məsələdir deməsinə rəğmən, məsələnin başını buraxmayaraq, ilk gündən buna etiraz etdi və nəticədə Şahan Gökbakan bir video yayımlayaraq Azərbaycan türklərindən üzr istədi. Aygün xanım Türkiyənin Kanal D-də və digər qatıldığı proqramlarda bununla razılaşmadığını, sonuna qədər bunu davam etdirəcəyini söyləyərək, o fraqmentin filmdən çıxarılmasında israrlı olduğunu, lazımi yerlərə bununla bağlı müraciət etdiyini bildirmişdir. Çox sevindirici haldır ki, Türkiyə Böyük Millət Məclisində, Türkiyə Azərbaycan Dostluq qrupu başqanı və digər millət vəkilləri də Aygün xanımın bu təşəbbüsünə qoşularaq, onun fikirlərini dəstəklədiklərini və həmin fraqmentin çıxarılması üçün lazımi yerlərə müraciət edəcəklərini bildirmişdilər.

Bu gün, filmin ssenaristi və baş rol oyunçusu bununla bağlı geniş açıqlama verdi və bildirdi ki, artıq həmin fraqment filmdən çıxarılmışdır. O həmçinin deyib ki, Azərbaycan türklərini öz canı, qardaşı bilir və onları üzmək kimi bir fikirləri olmayıb. Buna görə də Azərbaycan xalqından üzr istədiyini bəyan edib. Xatırladaq ki, hörmətli professorumuzun bu təşəbbüsünə Türkiyədə fəaliyyət göstərən QHT-lər, Azərbaycan Diaspor Təşkilatı başqanları və tanınmış şəxslər, jurnalistlər və tələbələr də qatılaraq dəstək verdilər. Necə deyərlər türkün gücünü hər kəs gördü.

Xatırladaq ki, Aygün xanımın bu məsələyə ilk reaksiyası “Hürriyət”, “Milliyət”, “Sözcü”, “Vatan” kimi beynəlxalq səviyyəli qəzetlərdə, Türkiyənin “Star” və “Kanal D” kimi böyük telekanallarında yer aldı. Qeyd edək ki, Aygün xanım sabah bu işin təşəbbüskarı olaraq Kanal D sabah proqramının qonağı olacaq.

Bildiyimiz kimi, Aygün xanım tək bu məsələdə deyil, erməni soyqırımı məsələsində də erməni yalanlarına qarşı beynəlxalq konfranslarda, dünya miqyaslı tədbirlərdə öz etirazlarını bildirmiş, PKK terror qruplaşması ilə təkbaşına mübarizə aparan çox az sayda aydınlardan biridir. O, HDP başqanı Dəmirtaşa qarşı 1 il öncə, “erməni soyqırımı var” – dediyinə görə, məhkəmədə dava açmış bir aydınımızdır. Bütün təzyiqlərə baxmayaraq öz bildiyi doğrulardan geri çəkilməyən bu xanım qatıldığı bütün tədbirlərdə Azərbaycan davasını aparır, ölkəmizlə bağlı həqiqətləri layiqincə müdafiə edir. Aygün xanım 30 ildir ki, Türkiyədə yaşamasına və qardaş ölkənin vətəndaşı olmasına baxmayaraq, bir gün də olsun Azərbaycanı unutmayan, ən çətin anlarda vətəninin, millətinin yanında olan dəyərli Azərbaycan aydınıdır.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış