hemle

Rada Abbas kimlərin gözündə kimdir - ATƏŞ.AZ

Tarix:9-01-2017, 12:47
Baxış Sayı:1 843

"Kimlər kimin gözü ilə" layihəsinin bu dəfə ki, qonağı Qarabağ qazisi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbasdır. Rada xanım kimlərin gözündə kimdir.

Faiq İsmayılov: (QHT sədri, araşdırmacı) İradə xanım mənim üçün dəyərli dost, etibarlı yoldaş gözəl xanımdır.

Arzu Qocayev: (Türkiyə, Uşak universitetinin tələbəsi) Qarabağ qazisi, Müharibə Veteranı Sosial Yardım İctimai Birliyinin sədri Rada xanım qəlbi türk dünyası ilə döyünən, dəyərli türk xanımıdır. Bu xanımı şəxsən tanıdığıma görə onu deyə bilərəm ki, Rada xanımın bəzilərindən əsas fərqi ondan ibarətdir ki, ölkə daxilində və ya xaricdə qatıldığı konferanslarda kimsədən çəkinmədən, qorxmadan tarixdə başımıza gələn əsl fəlakətləri, dünyada türk millətinə qarşı aparılan provokasyonları dünyaya yayır.

Asif Quliyev: (QHT sədri) Radə xanım mənim gözümdə əsil fədakar, əzimkar, mərd, cəsur,vətənini və xalqını sevən Azərbaycan xanımıdır.

Cəsarət Hüseynzadə: (QHT.AZ saytının baş redaktoru) Rada xanım vətəndaş cəmiyyəti sektorunda öz dəsti xətti ilə seçilən bir QHT rəhbəridir. Bütün fəaliyyətində əsas və ana xətti vətənpərvərlik təşkil edir. O, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində yorulmadan çalışır. Müxtəlif platformalar çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə fəaliyyətinin qurulması və inkişaf etdirilməsinə çalışır ki, bu şəbəkələrin də əsas məqsədi məhz erməni yalanlarının üzə çıxarılmasına xidmət edir. Rada xanım dost kimi, həmkar kimi çox diqqətcil və gözəl insandır. Ümummilli məsələlərin həyata keçirilməsində Rada xanıma uğurlar arzulayıram.

ATƏŞ.AZ

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək