hemle

Türkiyədə təhsil alan tələbələr Rada Abbasdan yazır

Tarix:19-11-2016, 14:08
Baxış Sayı:1 337

O başqalarından fərqli olaraq Azərbaycandan buraya gəlib yalandan rəsimlər çəkib paylaşmır. O uzaq yollardan gəlməsinə baxmayaraq yorulmadan Azərbaycanın dərdini insanlara çatdırmağa çalışır. Söhbət Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri hörmətli Rada Abbas gedir. Mən başqaları kimi eşitdiklərimi deyil, gözümlə gördüklərimi anlatmağa çalışıram. 3 gün öncə 15 Noyabr (Kasım) 2016 cı il tarixində Türkiyə/Uşaq Universitetində möhtəşəm bir konferans verdi. Duyqulandım, mən çox konferanslara qatılmışdım amma Rada xanımın verdiyi konferans mənim içimdə bir daha Azərbaycan türkü olduğum üçün fəxr hissi oyatdı. Çünki Rada xanım sözün həqiqi mənasında dərdimizi içi yanaraq, o dərdləri görən, yaşayan bir xanım olaraq başa salırdı. Rada xanımın bu çıxışı Universitetdə oxuyan bütün tələbələr və hətta Universitetin rektoru tərəfindən yüksək səviyyədə qarşılandı. Və rektorumuzda öz çıxışında təşəkkürünü bildirərək onu Universitetimizdə görməsindən məmnun olduğunu bildirdi. Rada xanım təkcə Qarabağ konferansı vermədi. Konferansdan sonra rektorumuzdan Azərbaycanlı tələbələrin problemləri ilə də yaxından tanış olmasını xahiş etdi ve onun istəyi üzərinə bizim topluluğa çalışmamız üçün bir otaq verəcəyinə söz verdi. Əslində Rada xanım həmdə Azərbaycanın milli problemi olan Qarabağla bərabər tələbələrimizə azacıqda olsa yardım etmək istədi. Buna görədə bir Azərbaycanlı tələbə olaraq təşəkkür edirəm. Belə xanımlarımızın çox olması bizi çox şad edir. Ümid edirəm bundan sonra bu mövzuda Azərbaycandan gələn qonaqlarımız bu çıxışı dinləyər və bir nəticə çıxararlar. Hər şeydən öndə vətəndir. Rada xanım şəxsi maraqlarını deyil, vətənin maraqlarını qoruyaraq bu konferansa qatılmışdır. Özümdə idarə heyətində olduğum konferansın təşkilatçılığını edən Uşak Universiteti Azərbaycan Mədəniyyətini Tanıtma Topluluğuna və tədbirimizə qatıldığına görə qurumun Türkiyə təmsilçisi Zülfiyə Ağdağa sonsuz təşəkkürümü bildirirəm.

Arzu Qocayev
Uşaq Universitetin tələbəsi




Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı