hemle

Rada Abbas Hollandiyada İtkin düşən Şəxslər üzrə Beynəlxalq Komissiyada qonaq oldu

Tarix:4-11-2016, 19:14
Baxış Sayı:778

03 noyabr 2016 cı ildə Fatma Aktaşın təşəbbüsü və Azərbaycandan olan qonağımız MVQSYİUB sədri Rada Abbasın iştirakı ilə mənzil qərərgahı Haaqada yerləşən İtkin düşən Şəxslər üzrə Beynəlxalq Komissiyada (İŞBK) (http://www.icmp.int) Qarabağ müharibəsində itkin düşən mülki əhalimiz: qocalar, qadınlar və uşaqların sonrakı taleyi ilə bağlı görüş keçirildi.
Məlumat üçün deyim ki, İŞBK beynəlxalq hökümətlərarası təşkilatdır, əsas funksiyası döyüş bölgələrində, təbii fəlakətlər zamanı, habelə insan hüquqlarının pozulması çərçivəsində itkin düşən şəxslərin taleyi ilə bağlı beynəlxalq səviyyədə iş aparmaqdır. Bu təşkilat dövlətlərə kütləvi məzarlıqların aşkar edilməsi və tədqiqində, DNA ekspertizası yolu ilə itkin düşənlərin identifikasiyasını aparmaqda, habelə itkin düşənlərin axtarışı üçün struktur və institutların yaradılmasında kömək edir.
İŞBK nisbətən gənc beynəlxlaq hökümətlərarası təşkilatdır, 20 il bundan öncə ABŞ-ın keçmiş prezidenti Bill Kintonun təşəbbüsülə 1991-1995-ci illərdə keçmiş Yuqoslaviya ərazisində itkin düşmüş şəxslərlə bağlı məsələnin araşdırılması üçün yaradılıb, 2014-cü ildən isə İŞBK beynəlxlaq təşkilat statusunu almışdır. Təssüf ki, indiyə qədər Azərbaycan Respublikası bu təşkilata üzv deyildir.
Rada Xanım İŞBK-nın təmsilçilərinə Qarabağ müharibəsində itkin düşənlər barədə ətraflı məlumat verdi, onlara bu barədə xeyli sənəd və materiallar təqdim etdi. Görüşdə İŞBC-nın Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşların taleyi ilə maraqlanması üçün Azərbaycanın bu təşkilata üzv olunmasının və bu istiqamətdə hər iki tərəfdən lazımi addımların atılmasının vacibliyi xüsusi vurğulandı...

Ataxan Əbilov
Hollandiya




Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar