hemle

Aygün Hüseynli - Anam | ATƏŞ.AZ

Tarix:18-01-2017, 16:12
Baxış Sayı:1 055

"Anamı Görürəm"

Günəş şəfəqini yayır ellərə.
Lalədən don biçir qızıl çöllərə.
Gözlərim baxsa da gözəl güllərə,
Bu gözəllik dünyasənda
Anamı görürəm, anamı ancaq!

Dostun ürəyini dost da didərmi?
İnsan əbədimi, gəldi-gedərmi?
Yaxşılıq dünyada axı itərmi,
Bu yaxşılıq xülyasında
Anamı görürəm, anamı ancaq!

Bir gün dərd mənimlə görüşsə əgər,
Büdrəyib ayağım sürüşsə əgər,
Yanımı kim kəsər, qayğımı çəkər.
Bu çətinlik dünyasında
Anamı görürəm, anamı ancaq!

""Anam "

Övlada bağlidir ömrü ,həyati,
Min ilə əvəzdi bircə saati.
Kəsilməz dilindən layla,bayati,
Qayğili ,duyğulu ürəkdi anam.

Bilməz hikkə nədir ucalanda da,
Özünü tox tutar ac olanda da.
Oğluna ,qizina qocalanda da,
İsti qucağiyla gərəkdi anam.

Sözlər şirinləşər şirin dilində ,
Aləmə nur yayar üzü güləndə.
Bəzən polad sinar onun əlində ,
Bəzən ipək kimi kövrəkdi anam.

Aygünəm yadimdan çixmaz bu məsəl,
Heç vaxt son sözümü demərəm əzəl.
Gözəllər yaninda hamidan gözəl,
Mələklər yaninda mələkdi anam.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı