Atəş.az portalı yeni "Kimlər kimlərin gözü ilə" layihəsinə başlayıb. İlk qonağımız AYB İdarə Heyətinin üzvü, şair Qəşəm Nəcəfzadədir. Buyrun görək Qəşəm Nəcəfzadə kimlərin gözündə necədir...
Balayar Sadiq: (tənqidçi, şair) Qəşəm Nəcəfzadə çağdaş poeziyamızın müqtədir şairlərindəndir.Bədii məfkurə və ədəbi dünyagörüş baxımından seçilən, özünəməxsus poetik dünyası olan söz ustasıdır.Müasir ədəbi mühitdə tanıdıgım azsaylı yazarlardandır ki, həmişə ədəbi – bədii axtarışdadır,polemikaya açıqdır,diri söz adamıdır.Poetik istedadı insani istedadını tamamlayan sənətkardır.Ədəbiyyat onun yaşam tərzidir,Düsünürəm ki,onun yaradıcılığı şağdaş ədəbiyyatımızın zəngin sərvətləri sırasındadır.Böyük istedadlar bəzən öz dövründə layiqli dəyərini ala bilmirlər,məncə Qəsəm də həqiqi sənətkar kimi layiqli qiymətini alacaq, çünki poeziyamızı dünya poetik məkanına qovuşduran ilk şairimizdir.Ədəbiyyat haqqında,həyat haqqında fikir bölüşdüyüm dəyərli dostdur Qəsəm Nəcəfzadə.Böyük ədəbi uğurlar diləyirəm.
Şahid Məmmədkərimov: (şair) Qəşəm müəllim, şübhəsiz ki, təkcə mənim gözümdə deyil, bütövlükdə geniş oxucu kütləsinin gözündə özünəməxsus yaradıcılığı ilə, xüsusən Azərbaycan uşaq ədəbiyyatının inkişafında aparıcı mövqeyilə sevilən sənətkardır.
Zeynəb Dərbəndli: (nəğməkar şairə ) Mən Qəşəm Nəcəfzadəni ilk tanıyanda, özündən razı biri sanırdım. Amma onunla söhbət zamanı, onun necə səmimi və gözəl bir insan olduğunu gördüm. Qəşəm müəllim mənim zənnimcə böyüklə böyük, uşaqla uşağ rəftarlı bir insandır. Dəyərli insan, gözəl şairdi. Onun şeirlərində, dünyaya və insanlara sevgi görürəm. Bizim ədəbiyyatımızda sayılıb seçilən ədəbiyyatçıdır. Mən Qəşəm müəllimə uzun və mənalı ömür, can sağlığı, və yaradıcılığında, daha böyük addımlara ucalmasını arzu edirəm. Bu tərif deyil, mən onu tanıdığım kimi yazdım. Və Dəmirqapı Dərbənddən hörmət və salamlar. Qəşəm müəllimi yeni 2017 ci ilin gəlməsi münasibəti ilə, səmimi qəlbdən təbrik edirəm.
Kamran Abbaszadə: (Azəerbaycan Dillər Universitetinin tələbəsi, gənc şair) Qəşəm Nəcəfzadə deyəndə ilk "Qəşəm kimi balan ölsün, ay Vətən !" misrası yadıma düşür. Səmimi insandır, istər tədbirlərdə, istər yolda rastlaşanda mehribanlığı ile yadda qalmağı bacarır. Gənclərə qarşı diqqətcil olduğun da sübut edib Qəşəm müellim. Bir neçə dəfə təşkil etdiyim tədbirlərdə münsif kimi iştirak etmişdir və obyektiv qərarı ile hamını razı qoymuşdur. 2016-cı ilin mart ayında da Azərbaycan Dillər Universitetində Qəşəm Nəcəfzadənin görüşün təşkil etmişdim tələbə və müəllim kollektiviylə. Yadda qalan bu görüşdə şaire olan sevgi tələbələrin həvəslə şeir səsləndirdiyi anlarda daha çox diqqətə çarpırdı.
Aybəniz Qafarlı: (Türk Dünyası qəzetinin baş redaktoru, şairə) İllər öncə Qəşəm Nəcəfzadə mənə kənardan olduqca təkəbbürlü və özünü bir az yuxarı tutan bir adam təsiri bağışlayırdı.Sonra elə oldu ki, biz sosial şəbəkədə dostu olduq və bundan sonra bəzi tədbirlərdə yaxından görüşdük, həmsöhbət olduq. Onun nə qədər fərqli bir adam olmasını gördüm , hətta belə bir şairimizi gec tanıdığıma təəssüf etdim. Qəşəm Nəcəfzadə yaxşı dost, gözəl şairdi. Onun gənc yazarlara düzgün yol göstərməsi,diqqət və qayğısı alqışa layiqdi.Bu insanda paxıllıq hissləri yoxdur.Hətda ədəbiyyatımızın keşiyində dayanan Qəşəm Nəcəfzadə zəif şeir yazanlara da öz iradını elə ustalıqla bildirir ki, qarşısındakı adamın xətrinə dəymir.O ki, qaldı onun şairliyinə menim gözümdə o böyük şairdi, ədədbiyyatımızda öz sözünü demiş şairdi. “Ay Vətən” şeiri mənim dilimdə hər zaman səsləndirdiyim və vurğunu olduğum şeiri yetər ki,onu yaşatsın.Ona uzun ömür, can sağlığı arzulayıram.
Etibar Həsənzadə: (gənc şair) Mən hörmətli şairimiz Qəşəm Nəcəfzadənin şeirlərini internetdən izləyirdim, onun özünəməxsus və zəngin yaradıçılığı, fərqli yazı tərzi həmişə diqqətimi çəkirdi. İstər yaşlı nəsil üçün, istərsə də uşaqlar üçün yazdığı şeirləri maraqla oxuyurdum. 3 il əvvəl feysbukda dostluq göndərdim, qəbul etdi. Belə görkəmli, tanınmış bir şairin mənim dostluğumu qəbul etməsindən qürur duydum. Mən Qəşəm müəllimin sadəliyinə, təvazökarlığına, qarşısındakı insana olan diqqətinə valeh olmuşdum. Sonrakı illərdə hər dəfə Daşkəsənə gələndə və mən Bakıya gedəndə vaxt ayırıb mənimlə təkrar görüşürdü. Mənə hər zaman dəstək oldu. Azərbaycan Yazıçılar Birliyinə üzv olmağıma kömək etdi.
Qəşəm müəllim yaradıcı insan kimi hər kəsin sevgisini qazanmış bir insandır. O, xarici ölkələrdə, xarici dillərdə dərc olunan əsərləri ilə Azərbaycanı və Azərbaycan ədəbiyyatını dünyaya tanıtmağa çalışan bir şairdir. Allah Sizi və Sizin kimi insanları qorusun, Qəşəm müəllim.
Qərib: (gənc şair) Qəşəm müəllim yaxşı şair və yaxşı dostdur. Lakin bir az unutqan və tuta bilməyəcəyi sözləri verən biri kimi qalıb xatirimdə. Yəqin bu də mənim qüsurumdur ki, elə görürəm.
Qabil Ədalət