hemle

İsa Həsənoğlunun Söhbətcil duyğuları təqdim edildi

Tarix:3-12-2016, 15:51
Baxış Sayı:1 377

26 Noyabr 2016-cı ildə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc yazar İsa Həsənoğlunun yeni çapdan çıxmış "Söhbətcil duyğular" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Müasir ədəbiyyatımızın nüfuzlu simalarından olan Dayandur Sevgin, Balayar Sadiq, Qəşəm Nəcəfzadə, Əkbər Qoşalı, Əvəz Qurbanlı, Nuranə Nur və eləcə də, gənc qələm sahibləri Nofəl Ümid, Gülnar Səma, İltimas Səmimi, Pərviz Arif, Sevil İşıq, Sərvər Kamranlı, Emil Hacıyev və bir çox ziyalıların iştirak etdiyi tədbirdə gənc yazarın yaradıcılığı geniş müzakirə olunub. Tədbirin sonunda müəllif oxucularına imzalı kitab təqdim edib və xatirə şəkilləri çəkdirib. Qeyd edək ki, "Söhbətcil duyğular" kitabı İsa Həsənoğlunun oxucuları ilə ikinci görüşüdür.

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək