hemle

İsa Həsənoğlunun “Söhbətcil duyğular”ı

Tarix:12-11-2016, 19:02
Baxış Sayı:879

Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc yazar İsa Həsənoğlunun yeni “Söhbətcil duyğular” adlı şeirlər kitabı işıq üzü görüb. "Söhbətcil duyğular" Bakı şəhərində “Elm və Təhsil” nəşriyyatında çap olunmuşdur. Kitabın redaktoru şair, jurnaist Əvəz Qurbanlı, ön sözün müəllifi və məsləhətçisi isə Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigardır.
Kitab müəllifin oxucuları ilə ikinci görüşüdür. Kitabda müəllifin son illərdə qələmə aldığı əruz, heca və sərbəst şeir nümunələri toplanıb.Geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, 26 noyabr 2016-cı il saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində kitabın təqdimat mərasimi keçiriləcəkdir. Bütün poeziya sevərlər dəvətlidir.

Ünvan: Bakı, Yasamal r-nu, Mətbuat prospekti 23. Beynəlxalq Mətbuat Mərkəzi. 6-cı mərtəbə, dəyirmi zal. (BDU-nun arxası)

hemlemedia.az

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək