hemle

ADU-da şəhid Ülvi Bünyadzadəyə həsr olunmuş şeir müsabiqəsi keçirildi

Tarix:17-10-2016, 17:55
Baxış Sayı:1 232

ADU-da şəhid Ülvi Bünyadzadəyə həsr olunmuş şeir müsabiqəsi keçirildi
Oktyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Yazarlar Klubunun təşkilatçılığı ilə ADU-nun məzunu, 20 Yanvar faciəsində şəhid olmuş Ülvi Bünyadzadəyə həsr edilmiş şeir müsabiqəsi keçirildi. Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhid Ülvi Bünyadzadənin həyat və yaradıcılığı haqqında məlumat verildi.
Tədbiri giriş sözü ilə açan ADU TGT-nin sədri Faiq Məmmədov müsabiqənin keçirilməsinə şərait yaratdıqlarına görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi. Müsabiqədə on beş müəllifin Ülvi Bünyadzadə haqqında yazdığı şeirlərin səslənəciyini qeyd etdi.
Sonra müəllif tələbələr şəhid Ülvi Bünyadzadəyə həsr etdikləri şeirləri təqdim etdilər.
Daha Sonra Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlunun, Azərbaycan Yazıçılar Birliyi və İraq Türkmən Yazarlar Birliyinin üzvü Sənəm Səbayelin, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Türk Dünyası” Qəzetinin baş redaktoru Aybəniz Qafarlının, Bakı Dövlət Universitetinin (BDU) İnformasiya fakültəsinin müəllimi, Azərbaycan Dövlət Tibb kitabxanasının kitabsaxlayıcı şöbəsinin müdiri, araşdırmacı, pedaqoq İradə Əlilinin üzvləri olduğu münsiflər heyətinin qiymətləndirilməsinə əsasən qaliblər müəyyən oldu.
Beləliklə, şeir müsabiqəsində I yerə Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Gülmalı Məmmədovun "Şəhid yuxusu", II yerə eyni adlı fakültənin tələbəsi İsa Şirinovun "Əbədi ruh" , III yeri isə Pedaqoji (ingilis dili – fransız dili) fakültənin tələbəsi Günel Cəfərovanın "Anama məktub " şeiri layiq görüldü. Qaliblər diplom və pul mükafatı ilə təltif olundu.
Sonda müsabiqəni yüksək qimətləndirən münsiflər tədbirin ərsəyə gəlməsində Tələbə Yazarlar Klubunun sədri Kamran Abbaszadə başda olmaqla əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər və qalib tələbələrə öz kitablarını hədiyyə etdilər.

ADU





Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya