hemle

" Bir elin söz pərvanələri" təqdim edildi

Tarix:18-11-2016, 13:54
Baxış Sayı:1 008

Yarandığı gündən bu yana ədəbi aləmə yeni imzaları tanıtdırıb, onların istedadını gün işığına çıxaran AYB-nin Mingəçevir bölməsi yenə öz uğurlu misyasını davam etdirir...
Beləki ədəbi mühitə ilk addımlarını atmaqda olan gənc yazarların öz əsərləri ilə bir araya gəldikləri “Bir elin söz pərvanələri” adlı almanaxın 16 noyabr tarixində, Mingəçevir Dövlət Universitetində təqdimatı keçirilib. Almanaxın ön söz müəllifi, AYB Mingəçevir bölməsinin sədri, şair-publisist İsmayıl İmanzadənin xeyir-duası ilə başlayan tədbirdə “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Mingəçevir Regional Debat mərkəzinin sədri Ehtiram Sadıqzadə, şair və hüquqşünas Bəhmən Gülövşəli, Şair-yazıçı Məmməd Mərzili, yazıçı Zümrüd Rəhimova, universitetin müəllim və tələbələri və s. iştirak ediblər.
Almanaxın ideya müəllifi və tərtibatçısı, AYB Mingəçevir bölməsinin üzvü və gənclər üzrə sədr müavini, “Bənövşə” jurnalının əməkdaşı, gənc şair Ruslan Ələkbərli öz çıxışında qeyd edib ki, almanaxın nəşr olunmasında əsas məqsəd müxtəlif səbəblərdən imzaları tanınmayan gəncləri bu almanax vastəsiylə gün işığına çıxarıb, oxucularla tanış etmək olub. Və çıxışının sonunda şeir yazmaq bacarığı olan gəncləri rəhbərlərindən biri olduğu, AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Mingəçevir qönçələri” adlı uşaq ədəbi birliyinə dəvət edib və bu kimi layihələrin davamlı olacağını qeyd edib.
Almanaxda Hikmət Həsənov, Əziz Qənbərov, Elgün Novruzoğlu, Haqverdi Həsənzadə, Mustafa Dünyamalıyev, Samir Şükürov və s. kimi imzaların şeirləri və Səadət Qafarlının esseləri əks olunub.


Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi