hemle

Qəşəm Nəcəfzadə: Ay vətən

Tarix:14-11-2016, 21:27
Baxış Sayı:2 534

Təndir çörəyini kökə elədik,
Torpağını seçdik, bölgə elədik.
Böldük səni tikə-tikə elədik,
Bacın ölsün, anan ölsün, ay vətən!


Səni vurduq, sonra sözlə bələdik,
Körpəlikdən babamıza bələdik.
Göyçə gölün Sevan gölü elədik,
Durnan ölsün, sonan ölsün, ay vətən!

Şeir yazdıq, bəlkə, təzə ev alaq,
Tərif dedik, bircə pillə ucalaq.
Innən belə başımıza əl çalaq,
Əli - ələ çalan ölsün, ay vətən!

Mən bilmirəm, axşam nədi, gün nədi?
Qız-gəlinin əsir - yesir gündədi.
Şuşam getdi, bir balam var, dinmədim,
Mənim kimi balan ölsün, ay vətən!

Al qılıncı, vur düşməni böl iki,
Bu düşmənlər səni elə bölüb ki...
Innən belə şeir vaxtı deyil ki,
Bu şeiri yazan ölsün, ay vətən!

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi