hemle

"Səni yalnız gördükləri qədər anlayarlar..."

Tarix:30-10-2016, 12:49
Baxış Sayı:704

Yeni gün başlanır və mən cod budaq üzərindəki yaşıl yarpaqları xəfifcə əsdirən mehin səmtini duymaq üçün eyvana yaxınlaşıram. Sanki vücudum bütün varlığı ilə boşluq içində. Elə bil heç bir zaman indiki səssizliyimdən, ətalətin hökmündən qurtula bilməyəcəyəm. Boşluğum mənə elə ağırlıq yaradır ki, sanki üzərimdəki yüngül geyimin tonlarla çəkisi var…

Yeni gündə nələr yaşayacağam, yeni nələr öyrənəcəyəm? İnsan günahsız olmaz deyə yenə də mi səhv addım atanda özümə şablon təsəlli vermək məcburiyyətində qalacağam? Həvəslə oxumaq istədiyim kitabın bir neçə səhifəsini geridə qoyandan sonra yenədəmi gözlərimin nazını çəkəcəyəm, çox oxumaq gözə ziyandır deyə…Və ən əsası, yenə dəmi süni insancıqların özlərinin vicdani səviyyələrinə uyğun istehzalı baxışlarına, ironiyalı atmacalarına hədəf olacam? Olsun!Əsas olan mən və mənim həqiqətim deyilmi? Mən hansısa aksiomu kimə sübut edə bilərəm? Bir halda ki, fikir azadlığı var, qoy hər kəs düşünsün. Qəhrəmanı mən olduğum düşüncələrində eybəcərliyin lap dərinliyinə varsınlar! Onsuz belə hal insanın qəlbini hissi olaraq daha da dayazlaşdırır və sonda onlar kimsəsiz adada robinzonlaşırlar. Lakin onları o adaya atan “arzular gəmisi ” deyil, cılız düşüncələridir. Odur ki, fikir prüalizmindən dolayı hər kəsi öz “Mən” i ilə azad buraxmaq gərək. Eynən bu kəlamı rəhbər tutaraq: "Çalışma boş yerə. Səni ancaq gördükləri və duyduqları qədər anlayacaqlar. Gördükləri isə ancaq anladıqları qədər olacaq" (Mövlana). Belə ki, görüntü ilkin təəssürat yarada bilər, lakin acınacaqlısı odur ki, bu, özünü “daşlaşmış rəy” formasında təzahür etdirir əksər hallarda.

Tutaq ki tanımadığımız bir oğlan sırğadan istifadə edibsə demək ki, o oğlan normal biri deyil və ya 40-50 yaşlı qadın qırmızı, yaxud digər əlvan rəngli paltar geyibsə demək ki, bu qadın yaşına uyğun hərəkət etməyib kimi fikirlərdən kənar olmaq lazım. Çünki bizə kiminsə xoşbəxtliyinə müdaxilə etmək haqqı verilməyib. Ola bilər, bizə qeyri-normal görünən vəziyyət, onlar üçün xeyli məmnunvericidir. Əslində bunu qəbul etmək bəlkə də çox erkəndir moralist insanlar üçün. Çünki, onların öz ensiz, lakin uzun düşüncələri hələ də zahirən mental, daxilən isə təzək “dəyərlərin” çürümüş divarlarının əhatəsindədir. Gülünc düşüncələrimizi çürümüş haşiyədən təmizləyib, sağlamı ilə əvəz etmək üçün sadəcə mütaliə etmək və bununla da anladıqlarımızın gördüklərimiz qədər olmayacağının şahidi olmalıyıq. Yalnız, o zaman anlayacağıq, qırmızı paltar geymiş qadın kədərin ağuşunda itirmiş olan gənclik duyğularını ruhən 40-50 yaşında yaşamaqda idi. Yalnız o zaman anlayacağıq, qulağına sırğa taxmış tanımadığımız oğlan özünü tarixi şəxsiyyətlərdən hər hansına isə bənzədərək, əslində cəmiyyətə sırğa taxmayan “normal insanların” etdiyi ləkələri gətirmirmiş, kiminin evini talamaqla, yaşlıların pulunu mənimsəməklə, hansısa qadının taleyini məhv etməklə. Və yalnız o zaman anlayacağıq, öz həyatımızı qaydaya salmalı olduğumuz halda başqalarını yersiz qınamağı öz üzərimizə vəzifə təyin etmişik. Ancaq, bilməmişik ki, həmin insanların mənəvi aləmi bizi utandıracaq qədər zənginmiş.

Özüm də bilirəm, sual dolu fikirlərlə əhatələnmiş beynimin xromosomlarının şaxələnmiş zərrələrini bir yerə toplayıb, skeptik mülahizələrdən uzaqlaşmaq vaxtıdır. Və indi aydındır ruhuma ağırlıq gətirən də məhz cavablara ac olan suallarmış. Buna görə də suallar silsiləsindən azad olmaq üçün tək yolum var, ruhumuza toxluq gətirən kitablara üz tutmaq.

Azadə Bayramova

Digər xəbərlər
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR
11:32 ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib
11:28 Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
11:27 Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR
09:41 Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz