İstanbulda keçiriləcək Rusiya və Ukrayna arasında qarşıdan gələn danışıqlarda Türkiyə əsas rolu üzərinə götürməlidir - Avropa İttifaqı nümayəndə heyətinin iştirakına yol verməməlidir.
Bu barədə Türkiyənin "Aydınlık" qəzeti yazır.
Bildilir ki, Aİ münaqişənin davam etməsində maraqlıdır və bu səbəbdən danışıqlarda iştirakı arzuolunmaz hesab olunur.
Məqalə müəllifləri vurğulayırlar ki, Ankara sülh yolu ilə nizamlanmada israrlı olmalı və gərginliyin daha da artmasının tərəfdarı olan Avropa ölkələrinin təsirini əngəlləməlidir. Bu yanaşma təkcə regionda sabitliyi gücləndirməyəcək, həm də Türkiyənin Moskva və Kiyevlə münasibətlərini yaxşılaşdıracaq.
Nəşr qeyd edir ki, Aİ-nin hərbi xərclərinin artması və Rusiyaya qarşı aqressiv ritorika yalnız danışıqlar prosesini çətinləşdirir və avropalıların narazılığına səbəb olur.
Qəzetin yazdığına görə, Avropa İttifaqı indi seçim qarşısındadır: ya daxili birliyi riskə ataraq, uzanan münaqişəni dəstəkləməyə davam etməlidir, ya da müharibənin dayandırılmasına və sülhün bərqərar olmasına kömək etməlidir.