Almaniya Xarici İşlər Nazirliyi kansler Mertsin Rusiyaya qarşı uzaqmənzilli silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq istədiyinə dair sözlərinə Moskvanın cavabından narahatdır.
Bu barədə Çinin “Sohu” nəşri yazıb. Nəşrin analitikləri əmindirlər ki, Mertsin mövqeyi Rusiya ilə münasibətlərin pisləşməsinə gətirib çıxara bilər.
“Putinin sərt mövqeyini nəzərə alsaq, belə bir ssenarinin baş vermə ehtimalı çox yüksəkdir”, - nəşr yazıb.
“Sohu” Almaniyanın xarici işlər naziri Yohan Vadefulun çıxışına diqqət çəkir. Analitiklər qeyd ediblər ki, diplomat vəziyyəti daha real qiymətləndirməyə və Rusiyanın nüvə dövləti kimi məğlub edilə bilməyəcəyini başa düşməyə çağırıb.
May ayında Almaniya kansleri Ukraynaya qoyulan müvafiq məhdudiyyətləri aradan qaldıraraq, Rusiya ərazisinin dərinliklərinə çatdırılan uzaqmənzilli silahlarla zərbələr endirmək barədə yekun qərar qəbul etdiyini açıqlamışdı . Siyasətçi bunu onunla əsaslandırıb ki, bu, Ukraynanın müdafiəsini daha effektiv edəcək - Kiyev öz ərazisindən kənarda hərbi obyektlərə zərbələr endirə biləcək.