hemle

"Sülh tətbiq olunarsa, Rusiyanın sanksiyaları ləğv olunmayacaq" - Şultz

Tarix:30-06-2022, 20:33
Baxış Sayı:176

Almaniya kansleri Ukraynaya qarşı məcburi sülh tətbiq olunarsa, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyini açıqlayıb.

Bu barədə Almaniya kansleri Olaf Şults açıqlama verib. Onun sözlərinə görə, Ukraynaya qarşı məcburi sülhün tətbiq ediləcəyi təqdirdə Moskvaya qarşı sanksiyaların ləğvi gözlənilmir. Çünki belə sülh Rusiyanın şərtləri ilə uyğun gəlir.

Almaniya kansleri əlavə edib ki, lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəklər:

"Lakin Ukraynaya məcburi sülh tətbiq olunarsa, Rusiya sanksiyaları aradan qaldırılmayacaq”.

Şults bir daha etiraf edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Qərb dövlətlərini də çətinləşdirib. Rusiyaya sanksiya tətbiq olunanda bunun bizim üçün də nəticələrinin olacağı aydın idi.

O, həmçinin NATO liderlərinin Madrid görüşündə qəbul etdikləri qərarlar fonunda Rusiya ilə NATO arasında münasibətlərin pisləşməsinin gözlənilmədiyini vurğulayıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir