hemle

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ETDİ

Tarix:23-02-2022, 22:30
Baxış Sayı:246

Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul edib.

hemlemedia.az TASS-a istinadən xəbər verir ki, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb.

Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara siyahıya salıb.

Həmçinin Rusiyanın dövlət borcuna qarşı sanksiyalar tətbiq edilib, onun Aİ-nin kapital və maliyyə bazarlarına çıxışı məhdudlaşdırılıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir