hemle

İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar

Tarix:Bu gün, 14:27
Baxış Sayı:455

ABŞ və İran arasında Tehranın nüvə potensialını məhdudlaşdırmaq üçün davam edən danışıqlar fonunda İranın 800 ballistik raket istehsalı üçün lazımi materialı Çindən sifariş etdiyi iddia edilib.

Bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, İran rəhbərliyi keçən il İsrailin hücumlarında ciddi ziyan görən raket istehsalı infrastrukturunu yenidən qurmaq və bölgədə təsiri azalan vəkil qüvvələrini gücləndirmək üçün hərəkətə keçib.

Bu çərçivədə İranın bərk yanacaqla işləyən raketlərin istehsalında istifadə edilən minlərlə ton ammonium perkloratı Çindən sifariş etdiyi iddia edilir.

Materialların yaxın aylarda İrana çatdırılmasının gözlənildiyi bildirilir. İddialara görə, İran Çindən aldığı materialların bir hissəsini bölgədəki vəkil qüvvələrinə, xüsusilə Yəməndəki husilərə ötürəcək.

İran mövzu ilə bağlı açıqlama verməsə də, Çin Xarici İşlər Nazirliyi iddiaları təkzib edib.

Qeyd edək ki, ötən ay ABŞ Dövlət Departamenti İranın ballistik raket proqramı üçün karbon lifi istehsalını lokallaşdırmaq səylərini dəstəklədikləri üçün Çin və Honq-Konqda yerləşən bir sıra şirkətləri sanksiya siyahısına daxil etdiyini açıqlamışdı.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir