hemle

Ukraynanı məhv etmək üçün göndərdiyi raketlər İranın başına BƏLA OLDU

Tarix:14-09-2024, 18:39
Baxış Sayı:576



Zəngəzur dəhlizi ilə bağlı İranla Rusiya arasında gərginlik bitməmiş Tehranın xarici əlaqələrində daha bir problem yaşanmağa başlayıb. Bu dəfə Ukrayna ilə müharibədə istifadə etmək üçün Rusiyaya verdiyi ballistik raketlərlə bağlı İranın Qərblə münasibətlərində ciddi problem yaranıb. Elə dünən Avropa ittifaqı İranın Rusiyaya ballistik raketlər göndərməsini qətiyyətlə pisləyən bəyanat yayıb.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni videotəhlildə qeyd olunub.

Bildirilir ki, bəyanatda Rusiyaya İran istehsalı olan raketlərin verilməsi Avropanın təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilib, həmin raketlərin Ukraynada yeni fəlakətlər və dağıntılar törədəcəyi vurğulanıb.

"Eyni zamanda Avropa İttifaqının bu məsələyə operativ reaksiya verəcəyi, öz beynəlxalq tərəfdaşları ilə koordinasiyalı şəkildə İranın raket və dron proqramı ilə əlaqəsi olan şəxslərə və təşkilatlara, eləcə də İranın aviasiya sektoruna qarşı yeni ciddi məhdudiyyətlər tətbiq edəcəyi bildirilib".

Qeyd edək ki, daha əvvəl Qərb rəsmiləri bütün xəbərdarlıqlara rəğmən, İranın Rusiyaya ballistik raketlər verəcəyi təqdirdə bu ölkənin "İran Air" aviaşirkətinin Avropaya uçuşlarına qadağa qoyulacağını açıqlamışdılar. Sentyabrın 10-da ABŞ Maliyyə Nazirliyi bununla əlaqədar İran və Rusiyada 10 şəxsə və altı quruma, o cümlədən "İran Air" şirkətinə sanksiya tətbiq etdiyini bildirib, eyni zamanda İran raketlərinin daşınmasını həyata keçirən dörd gəmiyə də sanksiya qoyulub. Bunun ardınca Britaniya, Almaniya və Fransa da "İran Air"ə qarşı sanksiya tətbiq edəcəklərini bəyan ediblər. Artıq Tehrandakı "İmam Xomeyni" hava limanında "İran Air"ə məxsus təyyarənin Almaniyanın Köln şəhərinə uçuşunun ləğv olunması əhali arasında ciddi təşvişə səbəb olub.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ