hemle

ƏRAZILƏR ERMƏNISTANDAN ALINDI? -

Tarix:9-11-2018, 18:17
Baxış Sayı:486

Ermənistanın İranla sərhədin yaxınlığındakı yolun tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə dayandırılıb.

Bu məsələdə Ermənistanda qalmaqala səbəb olub.

Ermənistan mediası bu hadisəni “İranla sərhəd bölgəsinin Rusiya tərəfindən alınması” kimi dəyərləndirir.

Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Ermənistan kağız üzərində suveren dövlətdir: “Lakin Rusiya hərbiçiləri Ermənistana öz sərhədində təmir işləri aparmağa icazə vermir. Güman ki, İranla sərhədin mühafizəsi haqqında Rusiya-Ermənistan müqaviləsində rus hərbiçilərinə bu səlahiyyətlər verilib. Vaxtilə Ermənistanın sərhədlərin mühafizəsini ruslara verməsi anlayışla qarşılana bilər. Lakin bu gün niyə müqavilədən imtina edilmir? Ölkənin öz sərhədlərini mühafizə etməyə resursları çatmır, yoxsa Rusiya Ermənistanın İranla sərhədi üzərində nəzarəti itirməyi istəmir? Hər iki variant istisna deyil”.

Erməni şərhçi əlavə edir ki, indiyə qədər Rusiyanın Ermənistanın öz sərhədləri daxilində hərəkət etməyini məhdudlaşdıran addımları olub.

“Bu da növbəti hallardan biridir. Əslində bu İranla sərhədin Rusiya tərəfindən alınmasıdır. Yəni Ermənistan bu əraziləri faktiki itirib. Ermənistan hökuməti bu məsələ ilə bağlı dəqiq izahlar verməlidir”, - deyə o bildirib.

Azər Azadzadə Atəs.

Digər xəbərlər
09:28 300 minə yaxın insanın Məkkəyə girişi QADAĞAN EDİLDİ
09:25 Pensiya yaşına görə G20 REKORDU MÜƏYYƏNLƏŞDİ
09:19 Azərbaycanda bu telekanalın yayımı dayandırıldı
09:16 Əhaliyə XƏBƏRDARLIQ: 1000 kilometr sürətlə YERƏ YAXINLAŞIR
09:12 Alça yedikdən sonra bunlara diqqət edin
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...