İstanbul və ətrafında baş verən zəlzələlər nəticəsində 236 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bildirib.
Yaralıların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlara yerindəcə köməklik göstərilib.
Onun sözlərinə görə, əsasən insanlar təşviş içində evlərindən çölə çıxan zaman xəsarət alıblar. Panikaya düşərək özünü binadan ataraq xəsarət alanlar olub.
***
İstanbulda zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.
Bu barədə hakimiyyət orqanları məlumat yayıb.