hemle

Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar

Tarix:Dünən, 22:41
Baxış Sayı:556

Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edilən bank kartları ilə bağlı yeni növ dələduzluq halları ortaya çıxıb.

Bəs bundan necə qorunaq?

Məsələ ilə bağlı kibertəhlükəsizlik mütəxəssisləri bu barədə vətəndaşları xəbərdar edərək, xüsusilə "Apple Pay" və "Google Wallet" istifadəçilərinin risk altında olduğunu vurğulayıblar.

Yeni fırıldaq sxemində dələduzlar özlərini kuryer, bazar satıcısı və ya dövlət xidmətinin nümayəndəsi kimi təqdim edərək istifadəçilərdən kart məlumatlarını əldə edirlər. Bu məlumatlar sonra onların smartfonlarına əlavə edilərək, kart sahibinin xəbəri olmadan alış-verişlərdə istifadə olunur.

Bundan əlavə "Ghost Tap" (Kabus toxunuşu) adlı yeni metodla NFC siqnalı bir cihazdan digərinə ötürülərək, fırıldaqçılar uzaqdan, hətta başqa ölkələrdən belə ödənişlər həyata keçirə bilirlər.

Kibertəhlükəsizlik üzrə ekspertlər vətəndaşlara aşağıdakı təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edirlər:

"Onlayn ödənişlərdə virtual kartlardan istifadə edin və balansı yalnız ehtiyac yarandıqda artırın. Tanımadığınız saytlara və proqramlara kart məlumatlarını daxil etməyin, xüsusilə PIN kodu tələb olunursa. Kartınızı naməlum tətbiqlərə qoşmayın.Nağd əməliyyatlar üçün fiziki kartdan istifadə edin. Push və SMS bildirişlərini aktiv saxlayın.Antivirus proqramlarında "təhlükəsiz ödəniş" funksiyasından istifadə edin".

Ekspertlər həmçinin qeyd edirlər ki, artıq dələduzların kartı fiziki olaraq oğurlamasına ehtiyac qalmayıb. Az miqdarda məlumatla belə vəsaitlərə nəzarət etmək mümkündür. Bu səbəbdən rəqəmsal təhlükəsizlik vərdişləri hər zamankindən daha vacibdir.

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər