hemle

Azərbaycanlılar banksız bank yaradıblar - İLK DƏFƏ

Tarix:28-12-2020, 09:36
Baxış Sayı:290

ABŞ-da yaşayan azərbaycanlı developerlər yeni bank xidmətini istifadəyə veriblər.

«Bankoff» adlanan yeni məhsul kartlar vasitəsilə əməliyyatlar aparmağa – ödəniş etməyə, pul köçürmələrinə, alqı-satqı etməyə və sair imkan verir.

Startapın sahibi Elmir Əliyev FED.az-a bildirib ki, yeni xidmət banklarda hesab açmadan, kart («Viza») sifariş verməyə və ondan istifadə etməyə imkan verir: «Şirkətimiz ABŞ-da qeydiyyatdan keçib. Biz «PayPal», «Apple Pay», «Google Pay» «Samsung Pay» və başqa ödəniş sistemiləri ilə işləyirik. Xidmətimizdən təkcə Azərbaycan deyil, xarici bazarlarda da istifadə etmək olar. Xüsusilə Türkiyə və Qazaxıstandan olan şəxslər də istifadə edə bilər».
Şirkətin təqdim etməyi xidmətlər sırasında kart açmaq, balansı idarə etmək, ödəniş etmək və qəbul etmək var. «Bankoff» müəllifləri bildirir ki, eləcə də yaxın gələcəkdə Azərbaycanda kredit üçün müraciət etmək, digər banklara müraciət etmək, onların ATM-lərini tapmaq və sair xidmətlər işə düşəcək.

Ən maraqlısı odur ki, bütün bunlar «Whatsapp» üzərindən baş verir, istifadəçilərin xidmətə qoşulması üçün burada göstərilən nömrə vasitəsilə qeydiyyatdan keçməsi tələb olunur: «Əslində «Bankoff» xidməti bir «Whatsapp» botudur və «Whatsapp» üzərindən bütün əməliyyatları eləmək mümkündür».

Elmir Əliyev bildirib ki, yeni xidmət 15 gündən bir qədər əvvəl istifadəyə verilib: «İndiyədək 500-dən artıq kart istifadəçisi var və onların əksəriyyəti xarici ölkələrin vətəndaşlarıdır».

Startapçının sözlərinə görə, «Bankoff»un özəlliyi ondadır ki, ondan istifadə etmək üçün mobil tətbiqə ehtiyac yoxdur: «Sadəcə «Whatsapp»da bu nömrəni (+1 (219) 200 00 10) yadda saxlayıb, nömrəyə «Hi» və ya «Hello» yazıb sonrakı prosesi görmək mümkündür».

E.Əliyev bildirir ki, pul göndərmək funksiyasının arxasında yerli bank dayanmır: «Bu AP-lər üzərindən qurulan yeni növ maliyyyə texnologiyasıdır».

O ki qaldı kredit müraciətlərinə, hər bir kredit müraciəti həmin ölkənin banklarına yönəldiləcək.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan