Türkiyənin İstanbul şəhərində qeydə alınan güclü zəlzələyə görə məktəb və universitetlərdə 2 günlük tətil elan edilib.
Bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin bildirib.
"Daxili İşlər Nazirliyi və AFAD mümkün problemli vəziyyətdə məktəblərin toplanma mərkəzi kimi də istifadə edilə biləcəyini nəzərə alaraq bizdən sabah və sonrakı gün üçün məktəblərdə tətil edilməsi istiqamətində dəstək istədilər. Daxili İşlər Nazirliyinin tələbi əsasında iki gün tətil elan edirik", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, universitetlərdə də cümə axşamı və cümə günləri üçün tətil elan olunub.