hemle

İşğal altındakı yurd yerlərimiz: Höçaz abidələri.

Tarix:2-11-2018, 16:55
Baxış Sayı:603

Hoçaz kəndi Laçın rayonunun ən qədim yaşayış mərkəzlərindən biridir. Bu ərazi tarixibaxımdan hələ tam öyrənilmədiyindən bu ərazinin tarixi barədə hələ tam və qəti fikir söyləmək mümkün deyildir. 1992-ci il erməni işğalından sonra ermənilər Hoçaz kəndinin adını dəyişdirərək Hunçak bəzən Hoçany bəzən də Xoçes adlandırırlar.

Hoçaz kəndində I-II əsrə aid olan ilk insan məskəni sayılan mağara, yaxşı vəziyyətdə dövrümüzə qədər gəlib çatmışdır. Üzərindən min illər keçsə belə abidə heç bir təbiət hadisələrinin təsirinə məruz qalmamışdır. Mağara V-IX əsrlərdə yenilənməyə məruz qalmış, divarlarda 200-dən çox oyuqlar qazılmış, mağaranın içərisini işıqlandırmaq üçün bir neçə yerdən baca (deşik) açılmışdır.

Höçaz kəndindən, Höçaz qayası (dağı) istiqamətində, diqqətəçatacaq qədər sayca çox qədim yaşayış yerlərinin qalıqları, istehkamlar, siklop tipli memarlıq abidələrinin qalıqları, çoxlu sayda kurqanlar ermənilər tərəfindən istismar edilir.

Böyük tarixi əhəmiyyəti olan abidələr o cümlədən bir çox bədii daş nümunələri yazı nümunələri Hoçaz kəndini illərdir ermənilərin diqqət mərkəzində saxlayır.

Ermənilər bu kəndin də tarixi erməni “ərazilərinə” aid olduğunu təbliğ etmək üçün, özlərininənənvi metodlarından yəni bu ərazilərə erməni dilində daş yazı nümunələri basdırmaqla “sübut”etməyə çalışırlar.

Hoçaz kəndinin ərazisində antik dövrlərə aid olan qala tikintisi, Qafqaz Albaniyası dövrünəaid birnefli Sovmə və eləcəbə sujet xarakterli daş oymalar, at qoç fiqurları və digər bədii daşsənətinin unikal nümunələri mövcuddur.

Kəndin mərkəzində yerləşən tikintisi XII-XIII əsrə güman edilən Qafqaz Albaniyasıdövrünə aid ikinefli Bazilikanın ümumi ölçüsü 13,40×8,15 m divarlarının qalınlığı 105-110sm-dir. Abidənin cənub fasadının üzərindəki yazılı daş 1995-ci ildə ermənilər tərəfindəndəyişdirilmişdir. Abidənin tikintisində pud daşlardan və əhəngdən istifadə olunmuşdur.

Ermənistan hökuməti 2007-ci ildən öz qərarı ilə buradakı alban abidəsinə erməni kilsəsistatusu verib. Hoçaz kəndinin etnik tərkibi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri kahalardan, qara damlardan və sonralar müasirləşən tipik kənd evlərindən ibarət idi.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı