hemle

Ermənilər “İstisu”da müalicə kompleksi tikmək istəyirlər -ATƏŞ.AZ

Tarix:7-01-2017, 15:14
Baxış Sayı:486

Emənistan müvafiq qurumları Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundakı məşhur “İstisu” bulağı ətrafında yeni müalicəvi istirahət komleksi yaratmağı planlaşdırır. Atəş.az saytı Modern.az saytına istinadən bilidirir ki, Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda erməni geoloq Akop Mkrtçyan bildirib.
Onun sözlərinə görə, “İstisu” mineral bulağı ətrafında istirahət komleksinin salınması üçün yaxşı perspektiv var və Ermənistanın müvafiq qurumları bu haqda düşünür.
Akop Mkrtçyanın sözlərinə görə, perspektivdə əcnəbi turistlərin kütləvi şəkildə bura cəlb olunması mümkündür.

İşğal altındakı Kəlbəcər rayonunun adını dəyişdirərək “Karvaçar” edən işğalçılar 1992-ci ildən bəri orada qarət və talanla məşğuldurlar. Ermənilər uzun müddətdir ərazidəki qızıl yataqlarını, mineral su və ağac ehtiyatını vəhşicəsinə istismar edirlər.

Xatırladaq ki, işğalı altındakı "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınmışdı.
Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) oxşarıdır və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Digər xəbərlər
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır