hemle

Rusiyanın Türkiyədəki səfiri öldürüldü

Tarix:19-12-2016, 22:43
Baxış Sayı:738

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun vurulduğu haqda informasiya yayılıb.

hemlemedia.az Qafqazinfo.az istinadən xəbər verir ki, məlumatı Reuters yayıb. Xəbərə görə, səfirə silahlı hücum Ankara Müasir Sənət Mərkəzindənki sərginin açılışı zamanı baş verib.
Açılışdan sonra danışmaq üçün tribunaya çıxmağa hazırlaşan Karlova atəş açıldığı deyilir.
Hürriyet yazır ki, silahlı şəxs özünü polis işçisi kimi təqdim edərək içəri daxil olub. əvvəlcə havaya, daha sonra isə səfirə atəş açıb.
Karlovun vəziyyətinin ağır olduğu deyilir.
“Cnnturk”un xəbərinə görə, Türkiyə DİN rəhbəri Süleyman Soylu artıq hadisə yerindədir.
Silahlı insident zamanı daha 3 nəfər xəsarət alıb.
Rusiyanın Ankaradakı səfiri Andrey Karlov xəstəxanada vəfat edib.
Bu haqda məlumatı Lenta.ru şəxsi mənbələrinə istinadən yayıb. Onun 3 güllə yarasında öldüyü deyilir.
Rusiya Xarici işlər Nazirliyi səfir Andrey Karlovun ölümünü təsdiqləyib.
“Gazeta.ru”nun xəbərinə görə, XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə “Rossiya 24” telekanalının efirində çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, qatillər cəzalandırılacaq: “Biz terrorçuluqla ciddi şəkildə mübarizə aparacağıq”.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı