hemle

Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"

Tarix:Bu gün, 11:16
Baxış Sayı:457

“Bu gün Gəncə şəhər Prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər”.

Bu barədə Elgün İbrahimovun dayısı Sadiq Zeynalov bildirib.

Onun sözlərinə görə, bu gün E. İbrahimovun ailə üzvləri Gəncə şəhər Prokurorluğuna çağırılıb:

“İzahatlarımız alındı. Bizə bir daha söz verdilər ki, hadisə tam şəkildə, obyektiv aparılacaq. Hər bir ailə üzvümüzün izahatı alındı”.

S. Zeynalov hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi xəbərlərdən də narahat olduqlarını ifadə edib. Xüsusilə, E. İbrahimovun intihar etməsi xəbərlərinə münasibət bildirib:

“Rəsmi qurumlar belə bir açıqlama verməyib. Bacım oğlunun heç nədən şikayəti olmayıb. Çox gözəl oxuyurdu və biz əmin idik ki, uşaq universitetə qəbul olacaq. Nəsə problemi olsa belə biz dayılarına, nənəsinə, ən önəmlisi hər kəsdən çox istədiyi anasına deyərdi. Çünki anası ilə həmişə fikirlərini bölüşüb. İndi rəsmi qurumların təsdiq etmədiyi xəbərləri utanmadan sosial şəbəkələrdə və müxtəlif media qurumlarında paylaşırlar. Xahiş edirəm belə halların qarşısı alınsın. Hər kəs uydurma xəbər paylaşır”.

E. İbrahimov sonuncu dəfə də anası ilə danışıb, hazırlığa getdiyini bildirib.

Məlumat üçün bildirək ki, E. İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. Xəstəxanaya çatdırılan 11-ci sinif şagirdi bir gün sonra xəstəxanada ölüb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Digər xəbərlər
11:32 Yeməkdən dərhal sonra yarım stəkan için - Dəyişimə inanmayacaqsınız
11:27 Hindistanda peyk daşıyan raket kosmosa gedə bilmədi - NASAZLIQ
11:23 İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
11:16 Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
11:13 Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
11:10 “Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
11:02 Bu gün hava yağmursuz keçəcək
10:57 HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI