hemle

TƏBİB-in şöbə müdiri: "Xəstələrimiz göz qabağındadır"

Tarix:9-04-2020, 20:32
Baxış Sayı:422

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva sosial şəbəkələrdə koronavirus adlı xəstəliyin olmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Y. Qarayeva bununla bağlı dövlət televiziyasının efirində sosial şəbəkələrdə yayılan məlumatlara diqqət etməyi sevmədiyini bildirib: “Yayılanları əsaslı saymıram. Bəlkə də 20-25 gün bundan qabaq hələ özümüzün təcrübəmiz olmadığı zaman biz nədənsə düşünə bilərdik. Bizim hazırda bu xəstəliklə bağlı təcrübəmiz var. Bəlli bir yoluxmuş insanlarımızın sayı var. Qeyd edirlər ki, yüngül formadadırlar, daşıyıcıdırlar.

Amma xüsusən qeyd etmək istəyirəm ki, bizim xəstəxanalarımızda yatan real ikitərəfli pnevmaniya olan ağır xəstələrimiz var. Süni tənəffüs aparatına qoşulan, vəfat edən xəstələrimiz də var. Biz həkim olaraq bunu hər gün görürük. Pnevmaniyaların dərəcəsini görürük.

Buna görə də, biz əlbəttə, bunun qeyri-real bir şey olduğunu heç cür deyə bilmərik. Xəstələrimiz göz qabağındadır. Əlbəttə, biz çalışırıq, onları müalicə edirik. Bilirsiniz ki, sağalan xəstələrimiz də var. Amma yenə də bu çox ciddi bir xəstəlikdir”.

Digər xəbərlər
09:28 300 minə yaxın insanın Məkkəyə girişi QADAĞAN EDİLDİ
09:25 Pensiya yaşına görə G20 REKORDU MÜƏYYƏNLƏŞDİ
09:19 Azərbaycanda bu telekanalın yayımı dayandırıldı
09:16 Əhaliyə XƏBƏRDARLIQ: 1000 kilometr sürətlə YERƏ YAXINLAŞIR
09:12 Alça yedikdən sonra bunlara diqqət edin
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...