hemle

Pirallahı Rayon İcra Hakimiyyəti həmin rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.

Tarix:14-04-2020, 14:00
Baxış Sayı:523

AXEBER.AZ saytının dərc etdiyi yazıdan.
Pirallahı Rayon İcra Hakimiyyəti həmin rayonda məskunlaşmış ailənin sosial problemləri ilə məşğul olmaqdansa yardım edənləri dövlətdən küsdürür. Beləki Kamil Zeynallı eləcədə digər vətəndaşlarımızın əhaliyə etdikləri yardımlar sosila partlayışın qarşısını almaqda dövlətə və hökumətə böyük köməklik oldu. İcra hakimiyyəti başçısı isə bu məsəlyə öz yanaşma tərzi ilə dövlətə qarşı çıxır. Biz Pirallahı rayon İcra hakimiyyəti başçısının münasibəti sixə olduğu kimi təqdim edilir.
ağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.
İcra Hakimiyyətindən “Report”a verilən məlumatda bildirilib ki, son zamanlar “COVID-19” virusunun yayılmasını əsas tutaraq bəzi “xeyriyyəçilər” digər mənbələrdən bəhrələnərək yardım və köməklik adı altında özlərinə divident qazanmağa çalışırlar:
“Adı sosial şəbəkələrdə hallanan Şaharov Oktay Əlifyar oğlu özü və 5 nəfər ailə üzvü ilə birgə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, yeni sahə ünvanında yerləşən dənizkənarı bağ sahəsində məskunlaşıb. Şaharovlar ailəsi bütövlükdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatındadırlar. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən ailənin içməli su və enerji təchizatı məsələləri həll olunub, yaranmış borclar ödənilib. Həmin ailəyə mütəmadi olaraq ərzaq və maliyyə yardımları edilməkdədir.
Şaharovlar ailəsinin 2 üzvü - Şaharova Nisə İman qız və Qəmbərova Samirə Oktay qızı cənab İlham Əliyevin göstərişi ilə yaradılmış “Dost iş mərkəzi” MMC-də dalandar kimi işlə təmin ediliblər ki, bu da öz növbəsində ailənin maddi durumuna müsbət təsirini göstərib. Belə ki, ailənin qeyd olunan iki üzvünün dövlət tərəfindən verilən aylıq məvacibi ümumilkdə 482 azn təşkil edir. Bundan əlavə digər müavinətlər hesabına ailənin büdcəsinə daha 450 azn daxil olur. Ümumilikdə ailənin aylıq gəliri 932 azn təşkil edir”.
İcra Hakimiyyətindən vurğulanıb ki, ölkə başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən yerlərdə aztəminatlı ailələrə ərzaq yardımları, işsizlik statusu olan vətəndaşlara birdəfəlik ödəmələr, tənha yaşayan və yardıma ehtiyyacı olan 65 yaşdan yuxarı şəxslərə mütəmadi ərzaq, maddi köməkliklər və sosial könüllü xidmətləri göstərilir: “O cümlədən Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən 430-dan çox aztəminatlı ailəyə, yaşı 65-dən çox olan kimsəsiz tənha yaşayan insanlara ərzaq və maliyyə yardımları göstərilib, 15 nəfər könüllülərdən ibarət yaradılmış mobil qrup tərəfindən gündəlik təlabat məhsullarının alınaraq ünvanlara çatdırılması kimi sosial xidmətlər göstərilməkdədir”.

İcra Hakimiyyəti sözügedən ailə bağlı məlumatları sosial şəbəkədə yayan Kamil Zeynallının ittihamlarına cavab verib: “Özünü “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui istifadə edərək, sadəlöv insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cuzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir. Pirallahı rayon İcra Hakimiyyəti olaraq vətəndaşlara müraciət edirik ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır”.
AXEBER.AZ

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı