hemle

Əlillikdən heç kim sığortalanmayıb.

Tarix:19-05-2018, 20:09
Baxış Sayı:986

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihənin icrası Rusiyada və Azərbaycanda icra ediləcəkdir.
Layihəmizin icrasında 17 may 2018-ci il tarixində saat 10-00-da Ağdam rayon Humanitar İqtisad Kollecində “Əlillikdən heç kim sığortalanmayıb” adlı tədbir keçirildi. Tədbiri kolleçin direktoru professor Natiq Cavadov açdı. Kollecin keçirdiyi tədbirlər və QHT əməkdaşlığının əliliyi olan insanların problemlərinin həllində mühüm rol oynaya biləcəyini bildirdi. Layihə rəhbəri Radə Abbas layihə haqda geniş məlumat verdi. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Ziya Hümmətov, Qarabağ Qazilər İctimai Birliyi Ağdam rayon şöbəsinin rəhbəri Şamil Əbilov, Qarabağ Əlilləri Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri Baxşeyiş Abbasoğlu çıxış edərək müharibədə sağlamlığını itirmiş insanların problemləri və həlinin vacibliyindən danışdılar. Kollecin direktor müavini Mütəllim Cavadov Qarabağın işğalı nəticəsində əlillik qazanmış insanlar və ailə üzvlrinə xüsusi diqqət lazım olduğunu qeyd etdi. Sonda Radə Abbas tədbirin təşkili üçün Ağdam Rayon İcra Hakimiyəti aparatına və Kollec rəhbərliyinə təşəkkürünü bildirdi. Layihənin icrası Rusiyanın Dərbənd şəhərində davam etdiriləcəkdir.
Rəsmiyyə Allahverdiyeva

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar