hemle

Əlillikdən heç kim sığortalanmayıb.

Tarix:19-05-2018, 19:28
Baxış Sayı:566

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihənin icrası Rusiyada və Azərbaycanda icra ediləcəkdir.

Layihənin Azərbaycanda keçirilən növbəti “Əlillikdən heç kim sığortalanmayıb” adlı tədbiri 18 may 2018-ci il tarixində Azərbaycan Dövlət Pedeqoji Universitetinin Ağcabədi rayon filialında baş tutdu.

Universitetin müəllim və tələbə kollektivi tədbirdə iştirak etdilər.

Rayonun ictimai həyatı və keçirilən tədbirlərindən danışan, Unversietet filialının direktoru Filologiya üzrə fəlsəfə doktoru, dossent Mətanət xanım Fərzəliyeva sözü layihə rəhbəri Radə Abbasa verdi.

Layihə haqqında geniş məlumat verildi. QHT əməkdaşlığının əsas məqsədi əlilliyi olan insanların problemlərinin araşdırılması olduğu nəzərə çatdırıldı. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Ağcabədi rayon şöbəsninin rəhbəri Şirxan Aranlıda iştirak etdi və əlilliyi olan insanlarım ümumi problemlərindən danışaraq həmin insanlara kömək etmək üçün gənclərə müraciət etdi. Tələbələrin daha böyük marağına səbəb olan isə, dünyada müharibələr nəticəsində sağlamlığını itirmiş şəxslərin sayca daha üstünlük təşkil etmələri oldu. 18 may 1992-ci il tarixində işğal edilmiş, artıq 26 ildir işğalda qalan Laçın rayonuda yada salındı və şəhidlərin xatirəsi anıldı.

Qarabağda keçirilən bu tədbirin əsas məqsədi ümumi əlillərin və Qarabağ müharibəsindən əllik qazanmış insanların problemlərinin həllində ictimaiyyətin dövlətə dəstəyinin artırılmasıdır. Universitetin Gənclər təşkilatı könüllülər qrupu yaradaraq Qızıl Aypara Cəmiyyətinin Ağcabədi rayonda fəaliyət göstərən şöbəsi ilə əməkdaşlıq etmk qərarına gəldilər. Layihənin tədbirləri davam edir.

Rəsmiyyə Allahverdiyeva.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı