hemle

Mübariz İbrahimovun anası vəfat etdi?

Tarix:12-11-2018, 15:34
Baxış Sayı:1 885

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama xanımın dünyasını dəyişməsi barədə xəbər təsdiqlənməyib.

Bu barədə Biləsuvar İcra Hakimiyyətindən məlumat verilib. İcra Hakimiyyətindən bildirilib ki, xəbər sosial şəbəkələrdə yayılan kimi milli qəhrəmanımızın ailəsinin evinə - Əliabad kəndinə nümayəndə göndərilib:

"Ancaq Şamama xanımla bağlı xəbər təsdiqlənmədi".

Əliabad kənd icra nümayəndəsi Telman Əliyev də saytımıza açıqlamasında bildirib ki, Şamama xanımın səhhəti normaldır və heç bir problem yoxdur:

"Şamama xanım ailə işlərini də özü görür. Yəni səhhəti ilə bağlı qəti narahatlıq yoxdur".

Qeyd edək ki, sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun anasının vəfatı barədə xəbər yayılmışdı.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar