hemle

TOYLARA SENTYABRADƏK QADAĞA QOYULUB? – RƏSMİ AÇIQLAMA

Tarix:16-05-2020, 15:54
Baxış Sayı:473

Ötən gündən bəri Azərbaycanda toyların keçiriləcəyi vaxtın açıqlanması ilə bağlı məlumatlar yayılıb.
ONN media xəbər verir ki, sosial şəbəkələrdə yazılanlara görə, guya bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulub.

Guya bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlama verib.

Məsələyə aydınlıq gətirmək üçün qurumla əlaqə saxladıq.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlı belə söz deməyib.

“Ramin Bayramlı belə bir açıqlama verməyib. Onun adından yalandan belə məlumat yayıblar”, – deyə Rəvanə Əliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək davam edəcək. Mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.BAKU.WS

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı