hemle

KARANTİN REJİMİNİN SƏRTLƏŞDİRİLMƏSİNƏ EHTİYAC YOXDUR- RƏSMİ

Tarix:9-05-2020, 19:51
Baxış Sayı:376

Karantin rejiminin yenidən sərtləşdirilməsinə ehtiyac yoxdur”.

ONN media xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı bildirib ki, karantin rejiminin yumşaldılmasından sonra ikinci dalğanın gələcəyi gözlənilən idi.

“Mövcud statistika qaydaların yenidən sərtləşdirilməsinə ehtiyac yaratmır. Lakin yenə də vətəndaşlarımız məsuliyyətli olmalı, öz sağlamlığını qorumalıdır”, – TƏBİB sədri bildirib.

R.Bayramlı onu da bildirib ki, önümüzdəki günlərdə 65 yaşdan yuxarı vətəndaşlarımızla bağlı karantin qaydalarının yumşaldılması mümkündür.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR