hemle

QADINLAR ARASINDA YOLUXMA FAKTI DAHA ÇOXDUR – TƏBİB

Tarix:1-05-2020, 17:49
Baxış Sayı:442

Virusa yoluxma sürəti və sağalma nəzərə alınaraq yumşaldılma tədbirləri tətbiq edilir.

ONN media xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: “Məhdudiyyətlərin yumşaldılmasında risklər nəzər alınaraq, zonalar müəyyən edilir. Bu gün 50 yoluxma faktı qeydə alınıb, 1 nəfər dünyasını dəyişib. 20 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Bu günədək 25 ölüm faktı qeydə alınıb, 3551 test tətbiq edilib. Biz hər vəziyyətə hazır olmalıyıq. Sağalanların dinamikası yeni yoluxma ilə müqayisədə üstünlük təşkil edir. Eyni zamanda günlər üzrə test sayları artırıldı və müsbət test nəticələrinin sayı1,5 faizə qədər azalıb. Lakin 27 apreldə karantin rejimin uzadılması ilə yoluxmalar 0,5 faiz artıb”.

R.Bayramlı əlavə edib ki, Bakı şəhərində Yasamal, Nəsimi və Binəqədi rayonlarında yoluxma halları üstünlük təşkil edir: “Ən az yoluxma halı 0,27 faizlə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Qadınlar arasında yoluxma faktı daha çoxdur. Eyni zamanda 50-59 yaş arasında yoluxma halları üstünlük təşkil edir. 60-69 yaş arasında 11 nəfər dünyasını dəyişib. Bu nəticələrə görə 65 yaşdan yuxarı şəxsləri ehtiyatlı olmağa çağırırıq”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı