hemle

AZƏRBAYCANDA QHT RƏHBƏRİ KORONAVİRUSA YOLUXDU – AÇIQLAMA YAYDI

Tarix:10-06-2020, 21:42
Baxış Sayı:457

Bir neçə gün öncə sosial şəbəkələrdə Gəncədə olan QHT sədrinin COVİD 19-a yoluxması ilə bağlı məlumat yayılmışdı.

ONN media xəbər verir ki, bu gün “Təmas” regional inkişaf ictimai birliyinin sədri Südabə Məmmədova feysbuk səhifəsində açıqlama yayaraq xəstəxanaya yerləşdirilən QH rəhbərinin özü olduğunu bildirib. S.Məmmədova qeyd edib: “Salam dostlar. Gəncədə COVİD 19-a yoluxan QHT rəhbəri mənəm və hazırda xəstəxanadayam. Mənə görə narahat olan dostlar hər birinizə təşəkkürümü bildirirəm.

Sahib Məmmədov xüsusi dəstəyinizə görə təşəkkürümü bildirirəm. Nəzərinizə çatdırım ki, məndə xəstəlik çox yüngül formada keçir. Mən evdə də qala bilərdim, heç test də verməyə bilərdim. Lakin mən anamı və oğlumu, bütün ətrafımda olan dostlarımı, xalqımı, hər kəsi çox sevdiyim üçün xəstəxanaya gəlmək istədim. Problem o idi ki, mənim adım səhv düşmüşdü və mənim sadəcə evdən çıxmağım gecikirdi deyə çox narahat olurdum. Mənim yoluxmam nədən olub, niyə olub ? Sadəcə mən inanmıram deyən, qrip idim indi sağalmişam deyən gözəl xalqım sən sağaldın, amma sənin ailə üzvün daşıyıcı olur. Və inanmıram deyənlərin nəzərinə: həkimlərimizi, ailəmizi, nəhayət özümüzü qoruyaq. Mənim həyatımın heç vaxt yalan tərəfi olmayıb. Mən bunu yazmaya və heç kimə bildirmədən qrip idim sağaldım deyə bilərdim. Məndə hətta qızdırma belə yox idi. Lakin düşünürəm ki, mən bu yazını yazıb kimisə inandıra bilərəm. İnanmayanlar məni tanıyırsınız. Qaydalara riayət edin. Sevdiklərinizi qoruyun”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ