Ukraynanın Xarkov şəhəri müharibə dövrünün ən güclü hücumu ilə üzləşib.
Publika.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexovun "Telegram" kanalında yazdıqlarına görə, şəhər dronların kütləvi hücumuna məruz qalır.
Terexov qeyd edib ki, bir saat yarım ərzində şəhərdə azı 40 partlayış baş verib. O, həmçinin şəhərin mərkəzində biri körpə olmaqla, altı nəfərin xəsarət aldığını bildirib.