hemle

HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI

Tarix:Bu gün, 10:57
Baxış Sayı:503

Fələstinin radikal HƏMAS qruplaşması 7 oktyabr 2023-cü ildə İsrail və Səudiyyə Ərəbistanı arasında sülh danışıqlarını pozmaq məqsədilə İsrailə hücum etdi.

Bu barədə “The Wall Street Journal” Qəzza zolağında tuneldə aşkar edilən sənədə istinadla məlumat yayıb.

“İsrail ordusu iddia edir ki, HƏMAS rəhbərliyinin 2 oktyabr 2023-cü il tarixli iclasının protokolunda hərəkatın keçmiş lideri Yəhya Sinvar İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına qarşı çıxmaq üçün “fövqəladə tədbirlər”ə ehtiyac olduğunu deyib”.

Oktyabrın 2-də HƏMAS-ın siyasi bürosunun iclasının protokollarında Sinvarın İsrail və Səudiyyə Ərəbistanı arasındakı razılaşmanın "əksər ərəb və islam ölkələrinin eyni yolla getməsi üçün qapı açacağı" fikrini ifadə etdiyi bildirilir.

WSJ vurğulayır ki, İsraili tamamilə məhv etməyə və İordan çayı ilə Aralıq dənizi arasında Fələstin dövlətinin yaradılmasına çağıran Sinvar və HƏMAS üçün bu, qəbuledilməz idi. Bununla bağlı o, iki ildən artıqdır planlaşdırılan hücuma çağırıb.

Digər xəbərlər
11:32 Yeməkdən dərhal sonra yarım stəkan için - Dəyişimə inanmayacaqsınız
11:27 Hindistanda peyk daşıyan raket kosmosa gedə bilmədi - NASAZLIQ
11:23 İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
11:16 Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
11:13 Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
11:10 “Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
11:02 Bu gün hava yağmursuz keçəcək
10:57 HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI